Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Digərləri 16 Dek 2025 17:13:00 105 0
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayev Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovla görüşüb. Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında aviasiya əlaqələrinin inkişaf perspektivləri və mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Bu xəbəri də oxu: Acun Ilıcalının diqqətdən qaçırdığı detal ona problem yarada bilər
Bu barədə Son.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Görüşdə əsas diqqət iki ölkə arasında səyahət edən sərnişinlər üçün yeni imkanların yaradılmasına və nəqliyyat əlçatanlığının artırılmasına yönəldilib. Bu çərçivədə bildirilib ki, daha əvvəl AZAL rəhbərliyi ilə "Wizz Air" aviaşirkəti arasında keçirilən işgüzar görüş nəticəsində Bakı-Bratislava-Bakı marşrutu perspektivli istiqamət kimi nəzərdən keçirilib və təsdiqlənib. Sözügedən marşrut üzrə reyslərin Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn ildən etibarən "Wizz Air" aviaşirkəti tərəfindən icrası planlaşdırılır.
AZAL-ın prezidenti bildirib ki, Bakı - Bratislava marşrutunun açılması turizm, biznes və humanitar əlaqələrin inkişafına töhfə verəcək, eyni zamanda sərnişinlər üçün daha geniş istiqamət seçimi və rahat uçuş imkanları yaradacaq.
16 Dekabr saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmo
Müğənni Ümman Zali keçmiş həyat yoldaşı Rəhman Əliyev haqqında diqq�
Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olub, dağlıq ərazilərd
Ukrayna Ali Radasında deputatlar Maryana Bezuqla və Serhiy Taruta arasında ə
Müəssisədə bu ilin 11 ayında əlilliyi olan 5 mindən çox şəxsə reabili
Bəzi qidaların düzgün şəkildə qəbul edilməməsi sağlamlıq üçün cid
Xəbər verdiyimiz kimi, ağır və xüsusilə ağır cinayətlərə görə mə
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiy
Bolqarıstanda hökumətin büdcə layihəsinə və artan korrupsiya iddiaların
Elektron siqaretlərin (vape) istifadəsi və satışı ilə bağlı qadağalar
Bakı şəhəri, Biləcəri qəsəbəsində fərdi yaşayış evinin bünövrəs
Hər kəsin arzusu ev almaq olsa da, bu hamı üçün əlçatan deyil.
2011-ci ildə məşhur müğənni İbrahim Tatlısesə qarşı törədilən sila
Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrini m
