Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub FOTO


Siyasət 13 Dek 2025 12:18:00 55 0

Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub  FOTO

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib.

Son.az xəbər verir ki, səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan-Polşa strateji tərəfdaşlıq səciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onun yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd etdilər. Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyini bildirib.

Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geri qaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvi sahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrə şaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda, tərəflər yaşıl keçid və bərpa olunan enerji, logistika, nəqliyyat bağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçün əlverişli imkanların mövcud olduğunu qeyd etdilər.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımlar barədə tərəf müqabillərini məlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülh şəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdan rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regional təhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlar fonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar diqqət mərkəzində olub.

Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığın Azərbaycan-Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlı təmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinin dərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinə ünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksək səviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.

Müzakirələr ərzində "Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik" adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinə xidmət etmədiyi vurğulanıb.

Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədən Azərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı mina problemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina probleminin aradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edən Elçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədə beynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdə ciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədə praktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O, daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdə post-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştirak etməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Cənubi Qafqazda geosiyasi proseslər, "Orta Dəhliz" və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib. Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı olan "TVP World" və "Polşa Xəbərlər Agentliyi" kimi nüfuzlu media orqanlarına müsahibələr verib.

"Azərişıq" işçisini cərəyan vurub öldürdü like
  • 13 Dek 12:15  
Digərləri "Azərişıq" işçisini cərəyan vurub öldürdü

Abşeronda kişini cərəyan vuraraq öldürüb.

arrow Ətraflı
Həmkarını əxlaqsızlıqda ittiham edirdi, özü biabırçı səhnələrə çəkildi  FOTO like
  • 13 Dek 12:12  
Şou-biznes Həmkarını əxlaqsızlıqda ittiham edirdi, özü biabırçı səhnələrə çəkildi FOTO

Maqazin dünyasında daha əvvəl "Bez Bebek" serialındakı həmkarı

arrow Ətraflı
Əməliyyat olunan 6 uşaq anasının ürəyi dayandı  Bir saat sonra həyata qaytarıldı like
  • 13 Dek 12:01  
Digərləri Əməliyyat olunan 6 uşaq anasının ürəyi dayandı Bir saat sonra həyata qaytarıldı

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən

arrow Ətraflı
73 yaşlı Putinin sağlam qidalanma sirri  Hər səhər bunu yeyirmiş like
  • 13 Dek 11:47  
Digərləri 73 yaşlı Putinin sağlam qidalanma sirri Hər səhər bunu yeyirmiş

Rusiya Prezidenti Vladimir Putinin qidalanma vərdişləri və xüsusi dietası

arrow Ətraflı
General Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olundu like
  • 13 Dek 11:46  
Digərləri General Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olundu

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

arrow Ətraflı
"Maska"nın aktyoru vəfat etdi like
  • 13 Dek 11:36  
Şou-biznes "Maska"nın aktyoru vəfat etdi

Aktyor Peter Greene vəfat edib.

arrow Ətraflı
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb  VİDEO like
  • 13 Dek 11:33  
Digərləri Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əl

arrow Ətraflı
“Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar...” like
  • 13 Dek 11:32  
Digərləri “Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar...”

"Lux İnternational Hospital"a kəskin mədə ağrısı, ürəkbulanma

arrow Ətraflı
Maşınını təmir edərkən altında qalıb öldü like
  • 13 Dek 11:20  
Digərləri Maşınını təmir edərkən altında qalıb öldü

Gəncədə dekabrın 12-də baş verən bədbəxt hadisə zamanı bir nəfər ö

arrow Ətraflı
İmtahanlarda abituryentlərin üzərinə cihaz quraşdırmaq istəyənlər kimlər olub?  VİDEO like
  • 13 Dek 11:16  
Digərləri İmtahanlarda abituryentlərin üzərinə cihaz quraşdırmaq istəyənlər kimlər olub? VİDEO

Qəbul imtahanlarında abituryentlərə xüsusi vasitələr quraşdırmaqla imta

arrow Ətraflı
Moskvadan qalxan təyyarə təcili eniş etdi like
  • 13 Dek 11:07  
Digərləri Moskvadan qalxan təyyarə təcili eniş etdi

"Pobeda" aviaşirkətinə məxsus, Moskvadan Səmərqəndə uçan təy

arrow Ətraflı
Zərərli bilinirdi, ömrü uzadırmış  Alimlər təsdiqlədi like
  • 13 Dek 11:00  
Digərləri Zərərli bilinirdi, ömrü uzadırmış Alimlər təsdiqlədi

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin madd�

arrow Ətraflı
Bakıda məşhur bazar niyə sökülür?  VİDEO like
  • 13 Dek 10:51  
Digərləri Bakıda məşhur bazar niyə sökülür? VİDEO

Bakıda "Təkər aləmi" kimi tanınan bazar sökülür.

arrow Ətraflı
6cı həyat yoldaşından da boşanır? like
  • 13 Dek 10:40  
Şou-biznes 6cı həyat yoldaşından da boşanır?

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin 3 ay öncə ailə qurduğu Güls

arrow Ətraflı
Siqaret "qara bazar"ına nəzarət edənlər  Gömrükdəki əməliyyatın vacib detalları məlum oldu like
  • 13 Dek 10:37  
Kriminal Siqaret "qara bazar"ına nəzarət edənlər Gömrükdəki əməliyyatın vacib detalları məlum oldu

Milyonluq siqaret qaçaqmalçılığı kimlərin adı ilə bağlıdır? – Qara

arrow Ətraflı