MTKların tək provayder “qadağası” qanunsuzdur? – Ekspertdən mühüm açıqlama
Digərləri 10 Dek 2025 12:22:00 75 0
Çoxmənzilli binalarda ən azı 3 fərqli provayderin xidmət göstərməsi abonentlərin seçim hüququnun təmin edilməsi və rəqabətin formalaşması baxımından zəruri hesab olunur.
Bu xəbəri də oxu: Toydan qayıdan qonşular avtobusda dalaşdı: "Barmağını onun ağzına salıb, cırmağa çalışıb"
Son.az xəbər verir ki, bu fikirlər İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) çoxmənzilli yaşayış komplekslərində (MTK) internet xidmətlərinin göstərilməsi və rəqabət mühitinin gücləndirilməsi mövzusunda telekommunikasiya operatoru və provayderləri ilə keçirilən görüşdə deyilib.
Lakin bəzi MTK-larda yalnız bir internet provayderinin istifadəsinə icazə verirlir.
Bəs, bu nə dərəcədə qanunidir? Məsələ ilə bağlı Son.az-a açıqlama verən informasiya texnologiyaları üzrə eskpert Elvin Abbasov bildirib ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) çoxmənzilli binalarda ən azı 3 provayderin xidmət göstərməsini tələb etməsi, ilk növbədə, Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanununa və Rəqabət Məcəlləsinin prinsiplərinə əsaslanır.
Onun sözlərinə görə, MTK-ların qəsdən yalnız bir provayderə icazə verməsi vətəndaşların seçim hüququnu birbaşa məhdudlaşdırır və bazarda süni inhisarçı mühit yaradır.
E.Abbasov qeyd edib ki, bu məhdudiyyət qanuni deyil, çünki ədalətli rəqabəti boğur, provayderlərin bazara sərbəst çıxışını əngəlləyir və abonentləri məhdud qiymət, keyfiyyət və texnologiya şərtləri ilə razılaşmağa məcbur edir:
"Beləliklə, MTK-nın qoyduğu bu məhdudiyyət qanunvericiliyin fundamental prinsiplərinə ziddir və hüquqi müstəvidə mübahisə predmeti ola bilər".
İKTA-nın "ən azı 3 provayder" tələbinin rəqəmsal infrastruktura çıxışın keyfiyyətini və əlçatanlığını artırmaq məqsədi daşıyan doğru strategiya olduğunu vurğulan ekspert əlavə edib ki, üç provayderin mövcudluğu həm keyfiyyəti artırır, həm də qiymət rəqabətini təmin edir:
"MTK-lar tərəfindən tətbiq edilən maneələr (məsələn, qeyri-rəsmi gəlir əldə etmək üçün inzibati təzyiqlər) həmin binanın sakinlərinə qarşı yönəlmiş qeyri-münasib hərəkət hesab edilməlidir. Abonentlərin seçim hüququnun təmin edilməsi üçün Agentlik tərəfindən rəsmi müdaxilə mexanizminin gücləndirilməsi və MTK-ların bu sahədəki məsuliyyətinin qanunvericiliklə daha dəqiq tənzimlənməsi zəruridir".
Mina Mikayılova Son.az
Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan
"Qar olmayan qış əhval-ruhiyyəyə ikiqat zərbə vurur, çünki qar təbii i
Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri çərçivəsində X
Bakı metrosunda qatarda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs
Yeni ilin rəmzi olan Şaxta baba bu bayram mövsümündə də paytaxt sakinlər
"Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət inf
Qadın sürücülərlə bağlı stereotipləri hələ tamamən adlamamış ictim
Federal Antikorrupsiya Layihəsinin rəhbəri Vitali Borodin SSRİ xalq artisti
Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və part
ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarların mitinqi zamanı iqt
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da "Jo
Türkiyəli məşhur müğənni Ajda Pekkan yeni reklamın siması olub.
Sumqayıt Bulvarı ərazisindəki dairə sürücülər üçün təhlükəli vəz
2023-cü il dekabrın 27-də Bakının Nərimanov rayonunda bıçaqlanma hadisə
