Ankarada “Qafqaz və Orta Dəhlizin Gələcəyi” paneli keçirilib
Digərləri 09 Dek 2025 22:14:00 76 0
Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfi (TÜRKPAV) əməkdaşlığı ilə "Qafqaz və Orta Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusunda panel Ankarada baş tutub.
Bu xəbəri də oxu: Qusarda ağır qəza Xəsarət alanlar var
Son.az xəbər verir ki, Memar Kemaleddin Konfrans Salonunda keçirilən tədbirdə Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal, Azərbaycanın Ankaradakı səfirliyinin missiya rəhbərinin müavini - müşavir Eldar Əliyev, Türkiyə Böyük Millət Məclisinin Bayındırlıq, İmar, Ulaşıma və Turizm Komissiyasının sədri, AK Parti Trabzon millət vəkili Adil Karaismailoğlu, Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli, Azərbaycan Beynəlxalq Münasibətlər və Təhlil Mərkəzinin eksperti Fuad Abdullayev, Azərbaycan Dövlət Televiziyasının redaktoru Mahir Qəribov və çox sayda qonaq iştirak edib.
"Əsas məqsədimiz Türk dünyasının birliyini təmin etməkdir"
Azərbaycan səfirliyinin müşaviri Eldar Əliyev çıxışında bildirib ki, Azərbaycan tarixən Türkiyə ilə Orta Asiya arasında körpü rolunu oynayıb:
"Azərbaycan və Türkiyə müstəqillikdən bu yana həyata keçirdikləri bütün layihələrdə birləşdirici rol oynayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Bu regionun əhəmiyyəti xüsusilə son günlər müzakirə olunan Zəngəzur dəhlizi ilə daha da artıb."
O, Zəngəzur bölgəsinin tarixən Azərbaycan türklərinin yaşadığı ərazi olduğunu xatırladaraq bildirib ki, bu dəhlizin açılması Azərbaycanla Türkiyə arasında üçüncü ölkədən keçmədən birbaşa əlaqənin bərpası deməkdir:
"Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Əsas məqsədimiz Türk dünyasının bütövlüyünü təmin etməkdir."
Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli çıxışında Qafqaz regionunun Avropa və Asiya arasında strateji körpü olduğunu vurğulayıb:
"Qlobal ticarət yolları dəyişir. Orta Dəhliz bu prosesdə bölgənin əhəmiyyətini daha da artırır. Bu dəhliz yükdaşımaları sürətləndirir, təhlükəsizliyi artırır, logistika və xidmət sektorunun inkişafına təkan verir."
"Mehmed: Fetihler Sultanı" serialına yeni sima daxil olacaq.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiyaya səfərin
Avropanın bir neçə ölkəsində tətbiq olunmağa başlayan yeni yol nişanı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikas�
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistana səfər
2026-cı ildə "Eurovision"nın maliyyələşdirilməsi ən böyük sp
Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdim
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasovun man
"Ukraynada yeni prezident seçkiləri keçirməyin vaxtı çatıb".
Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibb�
Ford CEO-su Jim Farley bildirib ki, Çin avtomobilləri bazarı çətinləşdiri
Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasın�
"İçərişəhər" metrostansiyasının yaxınlığında yol-nəqliyya
