Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib
Digərləri 08 Dek 2025 21:21:00 61 0
Dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum arasında görüş keçirilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakıda keçirilən "İslam dünyasında süni intellekt indeksinin təqdimatı" konfransında iştirakdan məmnunluğunu bildirən Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum süni intellekt üzrə tədbirlərin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, təhsil və sosial sahədə icra edilən proqram və layihələrin önəmindən danışıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hər iki qurum arasında əməkdaşlıq perspektivlərinin vacibliyini diqqətə çatdırıb.
Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum Heydər Əliyev Fondunun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək layihələri üzrə "Həmdan-ICESCO" mükafatına layiq görülməsi münasibətilə bir daha təbriklərini çatdırıb.
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyini qeyd edib, Fondun "Həmdan-ICESCO" mükafatı ilə təltif olunmasına görə minnətdarlığını ifadə edib. Son.az
Con Hopkins Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, siqareti azaltma
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aşıq Samirə Əliyevanı tənqid e
Bakıda keçirilən "İslam dünyasında süni intellekt indeksinin təqdim
Şimali Karolina Ştat Universitetinin alimləri itlərdə insana potensial təh
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Boşanmadan sonra qadınların ən çox etdiyi əməliyyat açıqlanıb.
Rusiya son günlər Pokrovsk üzərində nəzarət qurduğunu iddia etsə də, K
Slovakiya İnvestisiya və Ticarət Agentliyi (SARIO) Azərbaycanla informasiya-
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayra
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 8-də Bratislavada Azərbay
Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji
Biz bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlar
Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Eyni z
Aparıcı Afaq Gəncəli verilişi zamanı müğənni Günay İbrahimliyə şəx
