Qurumlar qışa necə hazırlaşır? Açıqlama


Digərləri 08 Dek 2025 15:50:00 76 0

Qurumlar qışa necə hazırlaşır?  Açıqlama

Qarşıdan soyuq hava şəraitinin hökm sürdüyü qış mövsümü gəlir.

Qaz, işıq, istilik, yol və nəqliyyat infrastrukturunun qışa davamlı olması, əhalinin fasiləsiz xidmətlə təmin edilməsi vacib məsələlərdəndir.

Bəs görəsən, qış mövsümünə qurumlar necə hazırlaşır? Son.az bunu öyrənmək üçün qurumlarla əlaqə saxlayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən xəbərə görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir.

Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.

Qeyd olunub ki, rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb:

"Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti mətbuat xidmətindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum  hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.

Qeyd olunub ki, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir:

"Bu tədbirlər nəticəsində xəttlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir".

Bundan başqa nəzərə çatdırılıb ki, qış aylarında problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır:

"Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xəttlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmamışdır. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir:

İstehlakçıların diqqətinə çatdırılıb  ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir:

"Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Don vurmadan mühafizə tədbirləri məqsədilə sayğacların üzərində isti materiallarında örtük və quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Son.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, payız-qış mövsümünə keçidlə əlaqədar paytaxtda və bölgələrdə marşrutlar üzrə hərəkət edən avtobuslarda, eləcə də avtoparklarda zəruri tədbirlərin görülməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daşıyıcılara müvafiq tapşırıqlar verib.

Tapşırığa əsasən, daşıyıcıların istismarında olan marşrutlar üzrə fəaliyyət göstərən avtobusların işlək vəziyyətdə saxlanılması və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, sərnişindaşımada təhlükəsizliyin və fasiləsizliyin təmin edilməsi üçün müvafiq profilaktik tədbirlər həyata keçirilməlidir.

Vurğulanıb ki, sürücülərin və texniki xidmət personalının qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılması, avtobuslara mövsümi texniki xidmətin göstərilməsi və dövrü texniki xidmət vaxtının təyin edilməsi, avtonəqliyyat vasitələrinin müvafiq maddi-texniki baza ilə təmin olunması, şinlərin mövsümə uyğun təchiz olunması, avtomobillərin istilik sistemləri ilə təmin edilməsi vacib şərtdir:

"Sərnişindaşımada xidmət göstərən sürücülər mütəmadi olaraq sürüşmə ehtimalı olan enişli-yoxuşlu yollarda, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmalı, hərəkət sürətinə nəzarət etməli, baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olmasını nəzərə alaraq, bu istiqamətdə tədbirlər görməlidirlər".

ŞəbnəmVəfa qalmaqalı yenidən "ALOVLANDI"  efirdə özündən çıxdı like
  • 08 Dek 15:49  
Şou-biznes ŞəbnəmVəfa qalmaqalı yenidən "ALOVLANDI" efirdə özündən çıxdı

Müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Rəngarəng" verilişində

arrow Ətraflı
Kişi müdirin xanım işçiyə yazdığı mesajlar mənəvi təzminatla bitdi like
  • 08 Dek 15:42  
Digərləri Kişi müdirin xanım işçiyə yazdığı mesajlar mənəvi təzminatla bitdi

İş yerində etik davranışlarla bağlı mühüm presedent formalaşdıran mə

arrow Ətraflı
Məmməd İbrahimlinin Apellyasiya şikayəti təmin edilmədi like
  • 08 Dek 15:22  
Digərləri Məmməd İbrahimlinin Apellyasiya şikayəti təmin edilmədi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyas�

arrow Ətraflı
Azərbaycanda bu rayonda vətəndaşlara mənzil veriləcək  3,2 milyon manat ayrıldı like
  • 08 Dek 15:20  
Digərləri Azərbaycanda bu rayonda vətəndaşlara mənzil veriləcək 3,2 milyon manat ayrıldı

Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində

arrow Ətraflı
Dünya yeni müharibə astanasında  Minlərlə əsgər orduya qatıldı like
  • 08 Dek 15:15  
Dünya Dünya yeni müharibə astanasında Minlərlə əsgər orduya qatıldı

ABŞ Prezidenti Donald Trampın quru əməliyyatının başlamağa hazır olduğ

arrow Ətraflı
"Polat Alemdar"ın arxiv VİDEOsu yenidən gündəm oldu  azərbaycanlı ilə like
  • 08 Dek 15:07  
Şou-biznes "Polat Alemdar"ın arxiv VİDEOsu yenidən gündəm oldu azərbaycanlı ilə

Sosial şəbəkələrdə 2005-ci illdə çəkilmiş arxiv görüntülər yenidə

arrow Ətraflı
Chagpt bizi izləyir  VİDEO like
  • 08 Dek 15:00  
Digərləri Chagpt bizi izləyir VİDEO

Sosial şəbəkələrdə yayılan video müzakirələrə yol açıb.

arrow Ətraflı
Azərbaycan sülhməramlıları Qəzzaya göndərilir?  Nazir açıqladı like
  • 08 Dek 14:54  
Siyasət Azərbaycan sülhməramlıları Qəzzaya göndərilir? Nazir açıqladı

Azərbaycan ABŞ-dən Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət

arrow Ətraflı
Türkiyədə güclü zəlzələ oldu like
  • 08 Dek 14:52  
Digərləri Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Antalya və ətraf bölgələrində zəlzələ olub.

arrow Ətraflı
Hərbi xidmətə yararsız olanlar müalicə olunacaqlar like
  • 08 Dek 14:48  
Digərləri Hərbi xidmətə yararsız olanlar müalicə olunacaqlar

Baş nazir Əli Əsədovun imzaladığı "Hərbi-həkim ekspertizası haqq�

arrow Ətraflı
AğbəndKəlalə avtomobil yolu nə vaxt istifadəyə veriləcək?  XİN rəhbəri açıqladı like
  • 08 Dek 14:40  
Digərləri AğbəndKəlalə avtomobil yolu nə vaxt istifadəyə veriləcək? XİN rəhbəri açıqladı

Ağbənd-Kəlalə avtomobil yolunun tikintisi davam edir və layihənin 2026-cı

arrow Ətraflı
Sahibkarlara vergi ilə bağlı sevindirici xəbər  Yeni qaydalar açıqlandı like
  • 08 Dek 14:35  
Digərləri Sahibkarlara vergi ilə bağlı sevindirici xəbər Yeni qaydalar açıqlandı

2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyət

arrow Ətraflı
Bugünkü qəzada həyatını itirən Zaurun FOTOsu like
  • 08 Dek 14:28  
Digərləri Bugünkü qəzada həyatını itirən Zaurun FOTOsu

Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində ağı

arrow Ətraflı