Qobuda iki nəfərin öldüyü qəzanın
Digərləri 08 Dek 2025 13:28:00 93 0
Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
Bu xəbəri də oxu: Kərbəlaya getmək üçün yığdığı pulu görün hara xərclədi
Son.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, "MAN" markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib və qarşıdan gələn "Toyota" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itirib, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Qurum bu hadisə fonunda sürücülərə bir daha müraciət vurğulayıb: "Təhlillər göstərir ki, yolun sürüşkən olduğu hava şəraitində nəqliyyat vasitələrinin tormozlanma məsafəsi əhəmiyyətli dərəcədə artır, idarəetmə çətinləşir və kəskin manevrlər qəza riskini ciddi şəkildə yüksəldir. Belə hallarda sürət rejiminin pozulması, eləcə də nəqliyyat vasitəsinin texniki vəziyyətinə lazımi nəzarətin edilməməsi ağır nəticələrə səbəb olur.
Yağışlı və sürüşkən yol şəraitində sürücülər:
- hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli;
- kəskin və riskli manevrlərdən çəkinməli;
- nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasını, xüsusən də təkərlərin mövsümə uyğun seçilməsini təmin etməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizlik, yol və hava şəraitinin düzgün qiymətləndirilməməsi kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücüləri bu acı hadisələrdən düzgün nəticə çıxarmağa çağırır".
Xəbərə aid video
Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb.
Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə maraqla qarşılanan yeni payla
Səbail rayonunda geniş parkinq ərazisi hasarlanıb.
Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər
Ağdam şəhərində insan skeletinin qalıqları aşkar edilib.
Çində sürücü xəsarət yetirdiyi piyadanı yenidən vuraraq öldürüb.
Keçmiş məcburi köçkünlər üçün hazırda mövcud olan bir sıra güzəş
İzmirdə yaşayan Hasan Başkaya və həyat yoldaşı Öznur Başkaya iki il ə
Azərbaycanda yaşlı bir qadının Kərbəlaya ziyarət məqsədi ilə topladı
Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniy
"2025-ci ilin 11 ayı ərzində müxtəlif media subyektlərindən şöbəy
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təmin
İkinci əl maşın bazarında durğunluq yaranıb. Satıcıların sözlərinə
Tamstore meyvə və tərəvəzi maya dəyərinə satacaq
