Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir
Digərləri 31 Okt 2025 12:07:00 214 0
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cərimə cəzası sabit pul məbləği ilə deyil, cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında müəyyən olunacaq.
Bu xəbəri də oxu: Günün qoroskopu: Duyğusal mövzularla bağlı etiraf eşidə bilərsiniz
Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihəyə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Rəqabət Məcəlləsi ilə əlaqədar Cinayət Məcəlləsinin "İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma" maddəsinin də həm adına, həm də dispozisiyasına yeni qaydalara uyğun olaraq müvafiq dəyişikliklər təklif edilir, cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşir.
Bu gün İqtisadiyyat.az xəbər portalının 7 yaşı tamam olur.
31 oktyabr tarixi dünyanın bir çox ölkəsində qeyd olunan "Halloween&q
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığın
Türkiyənin tanınmış aktyoru Caner Cindoruk son görünüşü ilə izləyici
Dünən DTX tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstə
"Hürriyət" qəzetinin və "Hüriyyət TV"nin ofisində apa
Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan
Türkiyəli məşhur müğənni Əmrahın 1997-ci ildə Bakıda verdiyi konsertd
Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqəsində də aşkar olunmu�
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Dırnaq göbələyi həm estetik, həm də sağlamlıq baxımından narahatlıq
Müğənni Xatun Əliyeva keçmiş həyat yoldaşı, oğlu Adilin atasından dan
