Bolt şirkəti bəzi sürücüləri işdən çıxardır? AÇIQLAMA
Digərləri 02 Okt 2025 18:28:00 100 0
Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş üsulu kart olan sifarişlərin sürücülər tərəfindən əsassız şəkildə ləğv edilməsinin qarşısını almaq məqsədilə müəyyən tədbirlər görməyə başlayıb. Sosial şəbəkələrdə yayılan paylaşımlara əsasən, şirkət bu cür hallarla bağlı sürücülərə cərimələr tətbiq edir. İddialara görə, kart ödənişli sifarişləri qəbul etdikdən sonra onları ləğv edən sürücülərin hesabına müəyyən məbləğdə cərimə yazılır. Şirkətin bu addımı müştəri məmnuniyyətini artırmaq və platformanın sabit fəaliyyətini təmin etmək məqsədi daşıyır.
Bu xəbəri də oxu: “Qarabağ”ın oyununa görə “Gənclik”də rekord qırıldı
Həmçinin paylaşımlarda qeyd edilib ki, sürücülərin balanslarında birdən-birə mənfi məbləğ yaranıb.
Məsələ ilə bağlı "Bolt" taksi şirkətindən Trend-ə bildirilib ki, sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi qəbulolunmazdır.
Bildirilir ki, bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur: "Bolt"un dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür".
Qeyd edilib ki, hazırda sürücülərin bank kart sifarişlərini rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur.
"Sürücülər "Bolt" platforması üzərindən qazandıqları vəsaiti gündəlik olaraq bank kartı vasitəsilə əldə edə bilərlər. Sürücü tərəfindən bank kart sifarişlərin rəddi kimi hal baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə, "Bolt"un şərtlər və qaydalarına uyğun olaraq, belə hallarda hər bir imtinaya görə 50 AZN-ə qədər maliyyə sanksiyası tətbiq edilə bilər. Həmin pozuntu təkrarlanarsa, sürücünün "Bolt" xidmətlərindən istifadə hüququnun məhdudlaşdırılması da (bloklanma) mümkündür", - qurumdan əlavə olunub.
Əməkdar artist Könül Kərimova canlı efirdə maraqlı etirafı ilə diqqət

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır it

Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopen

Oktyabrın 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Donetsk vilayətinin Ukraynanın nəzarətində olan əraziləri sentyabrın 30-

Bakının Yeni Yasamal ərazisində yerləşən yaşayış komplekslərindən bi

Oktyabrın 1-də Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham �

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham �

Xalq artist Murad Dadaşov Əməkdar artist Cabir İmanovun itkisi ilə bağlı

İran Konstitusiyasının İcrasına Nəzarət Şurası, parlamentin casusluq v�

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Təchizat

İstanbulun Bebek səmtində yerləşən tarixi "Ağ Köşk" dördünc
