Səfərbərlik Xidmətinin 9 əməkdaşı korrupsiyaya görə işdən qovulub
Digərləri 02 Okt 2025 10:28:00 79 0
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb.
Bu xəbəri də oxu: "Damarlarınızın şişməyini istəmirsinizsə bu formada yatın" Açıqlama
Son.az xəbər verir ki, məlumatda Dövlət Xidmətinin 2023-cü ilin may ayından etibarən xidməti fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirdiyi, bu dövr ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində kompleks işlər görüldüyü bildirilib.
Qeyd edilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 06.09.2023-cü il tarixlin 2317 nömrəli Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.
Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda "Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi", "Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə", "Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair", "Həqiqi hərbi xidmət keçmə haqqında", "Müddətli həqiqi hərbi xidmət barədə" və "Hərbi qeydiyyat haqqında" arayışlar "MyGov" mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.
Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı, Bakı Dövlət Universi

Ali Məhkəmənin hakimi Zəki Babayevə ağır itki üz verib.

Bakıda küçədə öpüşən sevgililərə irad bildirən yaşlı kişi döyül

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçil�

"Survivor"la tanınan Barış Murat Yağcını ağır itki yaşadığ�

Ağdamda fərdi evlərdən birində yanğın olub, nənə və nəvəsi ağır ya

Quru öskürək, çox vaxt boğazda yığılan mikrobların və iltihabın əlam

Xəzər dənizində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.

Orta yaş dövründə tez-tez ultraemal olunmuş qidalar istehlak edən qadınla

Professor İbrahim Saraçoğlu tərəfindən tövsiyə olunan ağ dut kurusu kü

Narahatlıq və əsəbilik hissi hər zaman "beyni məşğul edən" pr

Ölkəmizdə hər 8 qadından biri həyatının müəyyən mərhələsində dö�

Son illərdə ənənəvi qidalanma vərdişlərinə qayıdışla sümük iliyi y
