Qışda immuniteti gücləndirməyin 10 yolu


Digərləri 02 Okt 2025 00:17:00 76 0

Qışda immuniteti gücləndirməyin 10 yolu

Soyuq havalar, qısa günlər və yağışlı küçələr bir çox insanda çölə çıxmaq istəksizliyi yaradır. Amma mütəxəssislər bildirir ki, qış aylarında xəstəliklərdən qorunmaq və immuniteti gücləndirmək üçün hər kəsin görə biləcəyi sadə və təsirli yollar var. 

Mütəmadi idman edin

Imperial College London-un immunologiya professoru Daniel Davis deyir ki, həm kardio, həm də ağırlıq məşqləri immun sistemində əsas rol oynayan neytrofil hüceyrələrinin sayını artırır. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə aerobik idman tövsiyə olunur. Amma çox ağır idman yuxunu və stressi poza bilər ki, bu da əksinə, immuniteti zəiflədə bilər.

Açıq havadan imtina etməyin

Yağış və soyuq hava sizi qorxutmasın. Şəxsi məşqçi Kate Rowe-Ham bildirir ki, açıq havada idman həm fiziki, həm də zehni dözümlülüyü artırır. Yağışlı havada qaçış üçün düzgün ayaqqabı seçmək vacibdir. Müvaziət məşqləri (məsələn, bir ayaq üstə 20 saniyə durmaq) buzlu havalarda yıxılma riskini azaldır.

Qidalanmaya diqqət edin

Payız-qış mövsümündə təzə məhsullar azalır və bu da bağırsaq florasını zəiflədə bilər. Qidalanma mütəxəssisi Dr. Megan Rossi:

Daha çox lif qəbul edin.

Dondurulmuş meyvə-tərəvəzlə menyunu zənginləşdirin.

Omega-3 ilə zəngin balıqlara üstünlük verin.

Kəfir və probiotik yoğurt bağırsaq sağlamlığı üçün faydalıdır.

Alkoqol istifadəsini məhdudlaşdırın

Alkoqol bağırsaq divarını zəiflədir, iltihabı artırır və immuniteti azaldır. Rossi, gündə maksimum 1-2 stəkan içki qəbulunu tövsiyə edir.

Gigiyenaya fikir verin

NHS həkimi Deepali Misra-Sharp deyir ki, alkoqollu əl jelləri norovirusa qarşı təsirli deyil. Əlləri 20 saniyə sabunla yuyun. Tez-tez toxunulan səthləri dezinfeksiya edin.

Qrip peyvəndi etdirin

Qapalı yerlərdə viruslar daha sürətlə yayılır. NHS yaşlılar, xroniki xəstələr, hamilələr və uşaqlar üçün pulsuz qrip peyvəndi təklif edir.

RSV virusuna qarşı da bəzi yaş qrupları və hamilələr üçün peyvənd mümkündür.

COVID peyvəndini unutmayın

COVID hələ də yaşlı və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. Mütəxəssislər 75 yaşdan yuxarı şəxslərə və qocalar evində yaşayanlara gücləndirici vaksin məsləhət görür. Tədqiqatlar göstərir ki, peyvənddən öncə idman etmək və yaxşı yatmaq anticisimlərin yaranmasını gücləndirir.

D və A vitaminlərinə üstünlük verin

C vitamini soyuqdəyməni qarşısını almır, amma D və A vitaminləri immun sisteminə güclü dəstək verir.

D vitamini: yumurta, yağlı balıqlar

A vitamini: kök, ispanaq və digər yaşıl tərəvəzlər

Əhvalınızı yüksək saxlayın

Qısa günlər və qaranlıq hava ruh halını zəiflədə bilər. Psixoloq Suzy Reading deyir: Parlaq rəngli geyimlər, evdə işıqlandırmanın artırılması və təmiz pəncərələr təbii işığı artıraraq əhvalı yaxşılaşdırır.

Faydalı bakteriyalardan yararlanın

İmmunitetin 70%-i bağırsaqda yerləşir. Rossi bildirir ki, LGG və BB-12 adlı bakteriyalar soyuqdəymə və qrip simptomlarını azalda bilər. Araşdırmalar bu bakteriyaları qəbul edən insanlarda infeksiya günlərinin 33% azaldığını göstərib.

Yaxşı yuxu vacibdir

Yuxu zamanı kortizol hormonu azalır və orqanizm özünü bərpa edir. Yuxu mütəxəssisi Dr. Neil Stanley: Otaq temperaturu 16-18°C olmalıdır. Qışlıq yorğan istifadə etmək immunitetin bərpasına kömək edir. Lalə Qüdrətova Son.az

İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib like
  • 02 Okt 00:12  
Siyasət İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib

Oktyabrın 1-də Kopenhagendə Danimarka Kralı X Frederik və Kraliçası Meri

arrow Ətraflı
Elnur Nəsibov vəzifədən getdi like
  • 01 Okt 23:48  
Digərləri Elnur Nəsibov vəzifədən getdi

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifə

arrow Ətraflı
Heydər Əliyev Fondu Ehtiram Hüseynovun Türkiyədə müalicəsinə dəstək oldu like
  • 01 Okt 23:40  
Digərləri Heydər Əliyev Fondu Ehtiram Hüseynovun Türkiyədə müalicəsinə dəstək oldu

Beş ildir ki dağınıq skleroz, MS xəstəliyindən əziyyət çəkən xanənd

arrow Ətraflı
“Kimlə lahmacun yesəm, “sevgilisidir” deyirlər” like
  • 01 Okt 23:32  
Şou-biznes “Kimlə lahmacun yesəm, “sevgilisidir” deyirlər”

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə haqqında çıxan sevgi xəbərlərin�

arrow Ətraflı
İlham Əliyev “Qarabağ”la bağlı paylaşım edib like
  • 01 Okt 23:16  
Siyasət İlham Əliyev “Qarabağ”la bağlı paylaşım edib

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun "Kopenhagen&q

arrow Ətraflı
Bu məktəbdə 1 və 2ci siniflərə dərslər birlikdə keçilir like
  • 01 Okt 22:49  
Digərləri Bu məktəbdə 1 və 2ci siniflərə dərslər birlikdə keçilir

Birinci və ikinci siniflər birlikdə dərs keçirlər.

arrow Ətraflı
Ebru Gündeş boşandıqdan sonra tamam dəyişdi  gənc qıza bənzəyir like
  • 01 Okt 21:35  
Şou-biznes Ebru Gündeş boşandıqdan sonra tamam dəyişdi gənc qıza bənzəyir

Məşhur türkiyəli müğənni Ebru Gündeş keçən həftə iş adamı Murat O

arrow Ətraflı
3 bürc üçün böhran dövrü başlayır like
  • 01 Okt 21:20  
Digərləri 3 bürc üçün böhran dövrü başlayır

2025-ci ilin oktyabr ayı bəzi bürclər üçün ciddi problemlər gətirəcək

arrow Ətraflı
Paşinyan Vaşinqton razılaşmasından danışdı like
  • 01 Okt 20:48  
Digərləri Paşinyan Vaşinqton razılaşmasından danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqton razılaşma

arrow Ətraflı
"Onların dövründə dövlət yox idi" like
  • 01 Okt 20:22  
Digərləri "Onların dövründə dövlət yox idi"

Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlki üç prezidenti yenidən t�

arrow Ətraflı
Boşanmaq istəyən qadın bıçaqlandı like
  • 01 Okt 20:18  
Digərləri Boşanmaq istəyən qadın bıçaqlandı

Gəncədə ər arvadını bıçaqlayıb.

arrow Ətraflı
SSRİdə niyə qapılar içəri açılırdı? like
  • 01 Okt 20:12  
Digərləri SSRİdə niyə qapılar içəri açılırdı?

Çoxlarımız Sovet İttifaqı dövrü həyatına dair nənə-babalarımız və

arrow Ətraflı
"Damarlarınızın şişməyini istəmirsinizsə bu formada yatın"  Açıqlama like
  • 01 Okt 20:00  
Digərləri "Damarlarınızın şişməyini istəmirsinizsə bu formada yatın" Açıqlama

Hamilə qadınlara sol tərəfi üstə yatmaq məsləhət görülür.

arrow Ətraflı