İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?


Digərləri 25 Avq 2025 22:25:00 74 0

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?

Ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərsin müddəti hazırda 45 dəqiqədir. Bu norma Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 nömrəli qərarla təsbit olunub.

Son.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, ibtidai siniflərdə dərs zamanı təlimə sərf olunan vaxt ümumi dərs müddətinin 80 faizindən çox ola bilməz.

Bundan əlavə, günün ortasında 40 dəqiqədən artıq olmayan dinamik fasilə də nəzərdə tutulur.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda bu normativlərin dəyişdirilməsi gündəmdə deyil.

Təhsil İnstitutunun metodisti Səidə Dünyamalıyeva da təsdiqləyib ki, bütün siniflərdə dərs müddəti eynidir - 45 dəqiqə. Onun fikrincə, xüsusilə 1-ci sinif şagirdləri üçün bu, kifayət qədər uzun görünə bilər: "Əvvəlcə nəzərə almaq lazımdır ki, həmin uşaqlar məktəbəqədər hazırlıq qruplarına və ya bağçalara cəlb olunublarmı? Əgər bu təcrübələri varsa, artıq müəyyən qaydalara, vaxt və davranış rejiminə alışmış olurlar. Amma elə uşaqlar da var ki, birbaşa evdən məktəbə gəlirlər. Bu halda 45 dəqiqəlik dərs prosesi onlar üçün həm çox uzun, həm də psixoloji və fiziki cəhətdən ağır ola bilər".

S.Dünyamalıyeva əlavə edib ki, azyaşlı uşaqlar uzun müddət eyni fəaliyyətdə sıxılır, hərəkət etmək, oyun oynamaq istəyirlər. Ona görə də müəllim 45 dəqiqəlik dərsi elə qurmalıdır ki, şagird həm öyrənsin, həm əylənsin, həm də yenidən məktəbə gəlmək həvəsində olsun.

Beynəlxalq təcrübə nə deyir?

Dünyanın müxtəlif ölkələrində ibtidai siniflərdə dərs müddətləri müxtəlifdir və bu, pedaqoji yanaşmaların fərqliliyini göstərir. Məsələn, İtaliyada dərslər adətən 30-35 dəqiqə davam edir və bu qısa dərslər şagirdlər üçün daha çox fasilə imkanı yaradır. Finlandiyada isə 45 dəqiqədir və dərsdən sonra şagirdlərə 15 dəqiqəlik istirahət fasiləsi verilir. 

Latviya təhsil sistemində I sinifdə dərslər 35 dəqiqə davam edir, yuxarı siniflərdə isə 40-45 dəqiqəyə qədər uzanır. 

Türkiyədə ibtidai sinif şagirdləri 40 dəqiqəlik dərslərdə iştirak edir və dərslər arasında 10 dəqiqəlik fasilələr təşkil olunur.

Sinqapurda dərslər 30-40 dəqiqə arasında dəyişir və burada oyun əsaslı öyrənmə metodları üstünlük təşkil edir. 

Bağça müəllimi olmaq istəyənlərin like
  • 25 Avq 22:13  
Digərləri Bağça müəllimi olmaq istəyənlərin

Avqustun 29-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəl

arrow Ətraflı
Funda Ararın illər sonra dəyişimi təəccübləndirdi like
  • 25 Avq 22:00  
Şou-biznes Funda Ararın illər sonra dəyişimi təəccübləndirdi

Tanınmış türk müğənni Funda Arar uzun zaman sonra imicində dəyişiklik

arrow Ətraflı
Kadırovun oğluna daha bir medal verildi like
  • 25 Avq 21:49  
Dünya Kadırovun oğluna daha bir medal verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın Təhlükəsizlik

arrow Ətraflı
Zəngəzur dəhlizi Türkiyə, Ermənistan ilə Azərbaycan arasında barışıq layihəsidir  Ərdoğan like
  • 25 Avq 21:35  
Siyasət Zəngəzur dəhlizi Türkiyə, Ermənistan ilə Azərbaycan arasında barışıq layihəsidir Ərdoğan

Zəngəzur dəhlizi Türkiyə, Ermənistan və Azərbaycan arasında bir növ ba

arrow Ətraflı
Bu il məktəblər sentyabrın 20i başlayacaq?  DƏYİŞİKLİK GÖZLƏNİLİR like
  • 25 Avq 21:34  
Digərləri Bu il məktəblər sentyabrın 20i başlayacaq? DƏYİŞİKLİK GÖZLƏNİLİR

Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni

arrow Ətraflı
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub like
  • 25 Avq 21:29  
Kriminal IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan T

arrow Ətraflı
Altı ay komada qalan yeniyetmə vəfat etdi like
  • 25 Avq 21:09  
Digərləri Altı ay komada qalan yeniyetmə vəfat etdi

Altı ay əvvəl Biləsuvar rayonunda avtomobil qəzasına düşən 14 yaşlı y

arrow Ətraflı
Verilişinə gəldiyi Mətanətin adını bilmədi like
  • 25 Avq 21:00  
Şou-biznes Verilişinə gəldiyi Mətanətin adını bilmədi

Əməkdar artist Firuzə İbadova "Xəzər axşamı" proqramında qona

arrow Ətraflı
ABŞ COVID19 peyvəndlərini geri çağırır like
  • 25 Avq 20:39  
Digərləri ABŞ COVID19 peyvəndlərini geri çağırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası COVID-19-a qarşı mRNT vaksin

arrow Ətraflı
Zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər like
  • 25 Avq 20:24  
Siyasət Zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik edib like
  • 25 Avq 20:21  
Siyasət Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə x�

arrow Ətraflı
İrem Derici xəstəxanalıq oldu  acınacaqlı vəziyyətdəddir like
  • 25 Avq 20:20  
Şou-biznes İrem Derici xəstəxanalıq oldu acınacaqlı vəziyyətdəddir

Türkiyəli məşhur müğənni İrem Derici xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Bakıda yük maşını ilə BMW toqquşdu like
  • 25 Avq 20:06  
Digərləri Bakıda yük maşını ilə BMW toqquşdu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ağdərədə yanğın başladı like
  • 25 Avq 20:02  
Digərləri Ağdərədə yanğın başladı

Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.

arrow Ətraflı
İran hava limanında İsrailin "ölüm sərgisi" like
  • 25 Avq 19:46  
Digərləri İran hava limanında İsrailin "ölüm sərgisi"

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında İsrail tərəfindən

arrow Ətraflı