İçərişəhər sakinləri parkinqdən şikayətçidir Rəsmi açıqlama
Digərləri 23 Avq 2025 13:41:00 79 0
İçərişəhər ərazisində yaşayan bir qrup sakin oradakı parkinq problemindən şikayətçidir.
Bu xəbəri də oxu: Açıq havada kempinqə üstünlük verənlərə XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Əməkdar artist Mübariz Həmidov müraciət edib.
Sumqayıt Dövlət Dram Teatrnın keçmiş direktoru olan sənətçi bildirib ki, İçərişəhərin giriş hissəsi - Vəli Məmmədov küçəsi bina 22 və Neftçilər prospekti 5 B-də avtomobillərini park edə bilmirlər.
Onunla yanaşı adıçəkilən ünvanda yaşayan digər sakinlər də bu vəziyyətdən narahatdır. Sakinlər deyir ki, həmin ərazidə əvvəllər 10-15 maşının parkinqinə icazə verilirdisə, indi bu say 4-5-ə düşüb: "Hamımız bu vəziyyədən narazıyıq. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri dəyişəndən sonra bu halla üzləşdik. Həmin ərazidə yol nişanlanıb, yalnız 4-5 nəfər maşın saxlaya bilir. Onlar da restoranlara gələn müştərilərin və şirkət işçilərinindir".
Həmçinin qeyd olunub ki, sakinlər avtomobili park etmək istədikdə cərimələnir: "Əməl etməyən vətəndaşlar 2 bal 80 AZN cərimələnir. Qoruq İdarəsi sakinləri nəzərə almadan, İçərişəhərə girişi pullu etməklə, binada yaşayanlar üçün dözülməz vəziyyət yaradır".
Məsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "İçərişəhər ərazisində müşahidə olunan əsas problemlərdən biri bəzi sürücülərin nəqliyyat vasitələrini ikinci və digər sıralarda, həmçinin dayanmanın qadağan olunduğu yerlərdə, yol ayrıclarında saxlamaqla, birtərəfli yollarda hərəkət istiqamətinin əksinə hərəkət etməklə nəqliyyatın və piyadaların hərəkətinə maneə yaradılması ilə bağlıdır. Bu cür qayda pozuntuları ərazidə nəqliyyatın hərəkətini çətinləşdirir, piyadaların təhlükəsizliyinə və tarixi məkanda gündəlik hərəkət rahatlığına mənfi təsir göstərir.
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Ə

Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli Türkiyənin Eskişeh

Bir çox insanlar sunami zamanı sualtı qayıqların ən etibarlı sığınacaq

Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Bu gün səhər saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 45

"Teşkilat" serialında sonuncu dəfə ekranlara çıxan Ebru Nil Ayd�

Gürcüstan minilliklər boyu sadəcə bir ərazi yox, sivilizasiyalar dəhlizi

Avqust ayının 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində

Niderland hökumətində İsrailə qarşı əlavə sanksiyaların tətbiqi ilə

Əməliyyat olunan pasiyent çılpaq halda çəkilmiş görüntülərinin sosial

Nəsimi rayonu Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kə

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin sa

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak ed

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina M
