Əhaliyə xəbərdarlıq: Güclü külək, leysan yağış olacaq


Digərləri 21 Avq 2025 10:53:00 62 0

Əhaliyə xəbərdarlıq: Güclü külək, leysan yağış olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq avqustun 22-dək ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişərək güclü külək əsəcəyi, bəzi rayonlarda leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.

Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur:

"Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

"Bundan əlavə, FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının zəruriliyini bildirir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır", - deyə müraciətdə qeyd olunub.

Bakının bəzi ərazilərində işıq olmayacaq like
  • 21 Avq 10:25  
Digərləri Bakının bəzi ərazilərində işıq olmayacaq

Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş və güc

arrow Ətraflı
Prezident İlham Əliyev Kəlbəcər şəhərində 3cü yaşayış kompleksinin təməlini qoyub like
  • 21 Avq 10:12  
Siyasət Prezident İlham Əliyev Kəlbəcər şəhərində 3cü yaşayış kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəc

arrow Ətraflı
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb like
  • 21 Avq 10:12  
Digərləri Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb

Son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarı ilə tut ağacla

arrow Ətraflı
Sumqayıtda silahlı insident  Saxlanılan var like
  • 21 Avq 10:00  
Digərləri Sumqayıtda silahlı insident Saxlanılan var

Avqustun 19-da Sumqayıt şəhəri ərazisində silahlı insidentlə müşayiət

arrow Ətraflı
Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub like
  • 21 Avq 09:59  
Siyasət Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəc

arrow Ətraflı
Oktay Əmənullayev bu xəstəxanaya direktor təyin olundu like
  • 21 Avq 09:52  
Digərləri Oktay Əmənullayev bu xəstəxanaya direktor təyin olundu

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər şəhərində təməlqoyma mərasimində iştirak ediblər like
  • 21 Avq 09:41  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər şəhərində təməlqoyma mərasimində iştirak ediblər

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avqustun 21-də Azərbaycan Respu

arrow Ətraflı
Bu günün valyuta məzənnələri like
  • 21 Avq 09:24  
Digərləri Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Trend BİA 2025ci ildə Avropanın dörd aparıcı media orqanından biri kimi tanınıb  FOTO like
  • 21 Avq 09:02  
Siyasət Trend BİA 2025ci ildə Avropanın dörd aparıcı media orqanından biri kimi tanınıb FOTO

Trend beynəlxalq informasiya agentliyi aparıcı qlobal xəbərlərin monitorin

arrow Ətraflı
Mahmud Quluzadə vəfat etdi like
  • 21 Avq 09:02  
Digərləri Mahmud Quluzadə vəfat etdi

Azərbaycan Kooperasiya Universitetinin sabiq rektoru, iqtisad elmləri namizəd

arrow Ətraflı
Boşandıqdan sonra yenidən eyni layihədə like
  • 21 Avq 08:48  
Şou-biznes Boşandıqdan sonra yenidən eyni layihədə

Aktrisa Ülviyyə Xalinbəyova ilə aktyor Murad İsmayıl ayrıldıqdan sonra y

arrow Ətraflı
Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var like
  • 21 Avq 08:08  
Digərləri Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var

Dünya əhalisinin təxminən 10 faizini təşkil edən solaxay insanlar gündə

arrow Ətraflı