Gələcəkdə insanlar 5 bədən üzvünü itirəcəklər


Digərləri 20 Avq 2025 19:00:00 56 0

Gələcəkdə insanlar 5 bədən üzvünü itirəcəklər

Alimlər xəbərdarlıq ediblər ki, gələcəkdə insanlar saçsız qala və müasir həyat tərzi səbəbindən dörd bədən hissəsini itirə bilərlər.

Bu xəbəri də oxu: Arif Əbdüloğlu vəfat etdi

Son.az xəbər verir ki, qidalanmadakı, texnologiyadakı və ətraf mühitdəki dəyişikliklər min illər ərzində bu radikal təkamül dəyişikliklərinə səbəb ola bilər.

Bir vaxtlar sağ qalmaq üçün vacib olan əlamətlər məsələn, bədən tükləri və ya bəzi orqanlar artıq insan bədənindən tədricən yox ola bilər.

Tədqiqatçılar xüsusilə diqqəti ona yönəldirlər ki, müasir rahatlıqlar, fiziki aktivliyin azalması və tibbi nailiyyətlər insan anatomiyasını təkamül nəzəriyyəsində yalnız fərziyyə kimi qeyd edilən şəkildə dəyişə bilər.

Onlar insanın təkamül prosesində itirəcəyi beş bədən hissəsini sadalayıblar:

1. Saçlar

Bədən tükləri bir vaxtlar istilik və qorunma üçün həyati rol oynayırdı. Bu gün isə kirpik və qaş istisna olmaqla, tüklərin təmizlənməsi xüsusən qadınlar arasında standart bir qayğı formasıdır. Müasir geyim, isitmə sistemləri və rahatlıq təbii izolyasiyanın artıq vacib olmadığını göstərir. Buna görə də alimlər proqnozlaşdırır ki, bədən tükləri daha da nazikləşə, seyrəkləşə və tamamilə yox ola bilər.

2. Dişlər (zəka dişləri)

Üçüncü azı dişləri (zəka dişləri) qədimdə sərt və çiy qidaları, kökləri, qozları və çiy əti çeynəmək üçün lazım idi. Müasir yumşaq qidalanma isə onları demək olar ki, lazımsız edib. Artıq hər beş nəfərdən birində bütün dörd zəka dişi inkişaf etmir. Çənələrin nəsildən-nəslə kiçilməsi və yumşaq qidalar səbəbilə bu dişlər tez-tez ağrı və infeksiyalara səbəb olur, çox vaxt isə çıxarılır.

Alimlərin fikrincə, gələcək nəsillər bu dişləri ümumiyyətlə itirə bilər.

3. Quyruq sümüyü (Kopçik)

Bu, primatlarda quyruğun qalıq hissəsidir və əvvəllər tarazlığı qorumağa kömək edirdi. Bu gün isə yalnız bəzi çanaq əzələlərini dəstəkləyir və praktiki əhəmiyyəti demək olar ki, yoxdur. Araşdırmalar göstərir ki, insanlarda quyruq sümüyü artıq kiçilib. Gələcəkdə isə tamamilə yox ola bilər.

4. Appendiks

Əvvəllər lifli qidaları həzm etmək üçün lazım idi, amma müasir emal olunmuş qidalarla bu funksiyası əhəmiyyətini itirib. Bəzi araşdırmalara görə, o, faydalı bağırsaq bakteriyalarının yaşaması üçün mühit ola bilər. Lakin əksər hallarda appendiks rudimentar orqan sayılır və ən çox çıxarılan orqanlardan biridir. Min illər ərzində təbii seçmə nəticəsində appendiksin tamamilə yox olması mümkündür.

5. Qulaq əzələləri

Keçmişdə bu əzələlər insanlara qulaqlarını səslərə tərəf çevirməyə imkan verirdi. Bu, ovçuları və ya təhlükəni vaxtında aşkar etmək üçün vacib idi. Bu gün isə qulaq əzələləri əksər insanlarda işləmir. Yalnız 10-20% insan qulaqlarını hərəkət etdirə bilir və bu qabiliyyət kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.

Alimlər hesab edirlər ki, min illər ərzində bu əzələlər də tamamilə yox ola bilər və gələcək nəsillərin qulaqları hərəkətsiz olacaq.

Beləliklə, alimlər proqnozlaşdırırlar ki, gələcəkdə insanlar saçlarını, zəka dişlərini, quyruq sümüyünü, appendiksi və qulaq əzələlərini itirə bilərlər. (Lent.az)


Xəbərə aid fotolar

"Həmin hərəkətinə görə onu işdən çıxardım" like
  • 20 Avq 18:48  
Şou-biznes "Həmin hərəkətinə görə onu işdən çıxardım"

Aparıcı Xoşqədəm Hidayətqızı işdən çıxartdığı əməkdaşından da

arrow Ətraflı
BMTnin Məskunlaşma Proqramı vakansiya elən edib like
  • 20 Avq 18:43  
Dünya BMTnin Məskunlaşma Proqramı vakansiya elən edib

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) 2025-ci il avqustun 12-də iş tək

arrow Ətraflı
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib like
  • 20 Avq 18:36  
Digərləri "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi dəyi�

arrow Ətraflı
Adəm Məmmədovun vəkilliyinə xitam verildi like
  • 20 Avq 18:25  
Digərləri Adəm Məmmədovun vəkilliyinə xitam verildi

Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarl

arrow Ətraflı
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib like
  • 20 Avq 18:17  
Siyasət Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə

arrow Ətraflı
Rəqsanədən şikayətçi olan Gündüz Məmmədov şok video yaydı like
  • 20 Avq 18:11  
Şou-biznes Rəqsanədən şikayətçi olan Gündüz Məmmədov şok video yaydı

Bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılova dələduzluq faktına

arrow Ətraflı
Növbəti iki gündə külək güclənəcək  XƏBƏRDARLIQ like
  • 20 Avq 18:00  
Digərləri Növbəti iki gündə külək güclənəcək XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, habelə ölkənin bəzi bölgələrdə avq

arrow Ətraflı
Putin və Zelenski hansı ölkədə görüşə bilər? like
  • 20 Avq 17:52  
Digərləri Putin və Zelenski hansı ölkədə görüşə bilər?

Ukrayna Prezidenti Zelenski ilə Rusiya Prezidenti Putin arasında Macarıstanda

arrow Ətraflı
İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq? like
  • 20 Avq 17:45  
Digərləri İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?

Energetika nazirinin müavini Orxan Zeynalovun sözlərinə görə, sabit tarif�

arrow Ətraflı
Xəzərdəki bu ada Abşerona birləşəcək  AÇIQLAMA like
  • 20 Avq 17:33  
Digərləri Xəzərdəki bu ada Abşerona birləşəcək AÇIQLAMA

Son illər Xəzərdə yerləşən Pirallahı adasında dənizin səviyyəsinin a

arrow Ətraflı
ABŞnin Ukrayna ilə bağlı planı nədir? like
  • 20 Avq 17:23  
Dünya ABŞnin Ukrayna ilə bağlı planı nədir?

Almaniya Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı detalları tərə

arrow Ətraflı
Azərbaycanda yeniyetmə bacısının qayınatasını bıçaqladı like
  • 20 Avq 17:15  
Digərləri Azərbaycanda yeniyetmə bacısının qayınatasını bıçaqladı

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Mətbuat bir fədaisini də itirdi  Arif Əbdüloğludan miras qalanlar like
  • 20 Avq 17:08  
Digərləri Mətbuat bir fədaisini də itirdi Arif Əbdüloğludan miras qalanlar

Zamanın axarında bəzən elə insanlar olur ki, onların varlığı təkcə ya

arrow Ətraflı
Azərbaycanda həbs edilən hindistanlı kriminal avtoritet ölkəsinə qaytarılacaq like
  • 20 Avq 17:00  
Digərləri Azərbaycanda həbs edilən hindistanlı kriminal avtoritet ölkəsinə qaytarılacaq

Azərbaycan ötən il Bakıda həbs edilmiş hindistanlı kriminal avtoritet May

arrow Ətraflı