Yorğun hiss edirsinizsə ilk növbədə bunu yoxladın
Digərləri 18 Avq 2025 19:41:00 46 0
Endokrinoloq qalxanabənzər vəzi xəstəliklərinin əlamətlərini açıqlayıb.
Bu xəbəri də oxu: Rubl ucuzlaşdı, avro isə BAHALAŞDI Dollar bu qiymətə satılır RƏSMİ
Son.az xəbər verir ki, Amerika və Çin Endokrinoloqlar Assosiasiyasının üzvü, həkim Olqa Rojdestvenskaya life.ru-ya açıqlamasında deyib ki, bu xəstəliklərin ilkin simptomlarını digər hallarla qarışdırmaq mümkündür: yorğunluq, saç tökülməsi, əhvalın pisləşməsi, aktivliyin azalması. Onun sözlərinə görə narahatlıq doğuran əsas əlamətlər səbəbsiz həyəcan, dözümlülüyün azalması, qadınlarda menstruasiya pozuntusu, yaddaş zəifləməsi, ödəmlər və bədən istiliyinin pozulması problemləridir.
Mütəxəssis bildirib ki, belə hallarda mütləq qalxanabənzər vəzinin hormonlarına - xüsusən TSH-a (tirotrop hormon) analiz vermək lazımdır. Bu, əsas diaqnostika üsuludur. Əgər nəticələr normadan kənardırsa, endokrinoloqa müraciət edilməlidir. Həkim həmçinin ildə bir dəfə qalxanabənzər vəzinin ultrasəs müayinəsini məsləhət görüb.
Onun sözlərinə görə, qalxanabənzər vəzinin fəaliyyəti xolesterin səviyyəsinə də təsir göstərir və bu göstəricidəki dəyişikliklər bəzən xəstəliyi üzə çıxara bilər. O, həmçinin əksər insanların yod çatışmazlığı zonasında yaşadığını və bunun da riskləri artırdığını vurğulayıb.
Endokrinoloq əlavə edib ki, yeni doğulan körpələrdə TSH səviyyəsi mütləq yoxlanılır, çünki qalxanabənzər vəzi sinir sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Yaş artdıqca hormon səviyyəsi dəyişə bilər, buna görə də onu şəkər və xolesterin kimi daimi nəzarətdə saxlamaq lazımdır.
Həkim qeyd edib ki, qalxanabənzər vəzi xəstəliklərinin simptomları tez-tez panik atak, anemiya və ya klimaksla qarışdırılır. Boyunda narahatlıq, udqunma çətinliyi və ya boğazda düyün hissi həmişə qalxanabənzərlə bağlı olmur. Analizlər aparılmadan diaqnoz qoymaq mümkün deyil, çünki endokrin xəstəliklər çox vaxt başqa xəstəliklərin pərdəsi altında gizlənir.
İsmayıl Son.az
"Vaşinqtonda biz qarşılıqlı öhdəlikləri qeydə aldıq - bunlar döv

"Son on gün ərzində tez-tez belə suallar eşitmişəm: əgər Ermənist

Xalq artisti Brilliant Dadaşova müğənni Rəqsanə İsmayılovanın həbs olu

Xüsusilə yay aylarında çox görülən tərləmə və pis bədən qoxusunun p

Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində müh

Bu gündən etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat

"Bu nəfəsalma texnikası narahatlığı tez bir zamanda azalda bilər&quo

Süni intellektə aşiq olan şəxs həyat yoldaşından boşanmaq qərarı alı

18-24 avqust tarixləri bürclərin həyatına müxtəlif sahələrdə dəyişi

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün rezidenturaya qəb

Bu gündən etibarən Bakıda 10 gün müddətinə nəqliyyat vasitələrinin h�

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi məntəqəsi - "Met

Bakıda psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırm

Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Rusiyanın pilotsuz təyyarəl
