Sərxoş halda sərnişin daşıyan avtobus sürücüsü həbs edilib
Digərləri 18 Avq 2025 12:27:00 74 0
Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü inzibati qaydada həbs edilib.
Bu xəbəri də oxu: Yusif Səmədoğlunun qızı Humay Vəkilova: "Hər an evə girib, atamı apara bilərdilər"
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Son.az-a verilən məlumata görə, yollarda baş verə biləcək qəzaların qarşısının alınması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan "İsuzu" markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, sərxoş vəziyyətdə sükan arxasına keçmək yolverilməzdir. Sərnişin daşıyan hər bir sürücü daşıdığı insanların həyatına birbaşa məsuliyyət daşıyır və bu məsuliyyətin unudulması qəza və faciələrlə nəticələnə bilər.
Yarmarkada 100-dən çox mikro və kiçik sahibkarın 800-dən çox çeşiddə m

Dünyada ölkələr üzrə boşanma faizləri maraqlı fərqlərlə diqqət çə

ABŞ və Rusiya Prezidentlərinin Alyaskadakı görüşünü diqqətlə izləyə

Rusiya Silahlı Qüvvələrinin Xarkov şəhərinə pilotsuz uçuş aparatı (PU

Xəbər verdiyimiz kimi, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Ya

"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınl

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova 16 avqust tarixində həbs olun

Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionun yaxınlığı

"Əgər həqiqətən də Rusiyaya qoyulan sanksiyalar icra edilsəydi o, bu

İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğən

Xəzər rayonu Türkan qəsəbəsində gənc qız iki dəfə evli olub boşanmı

Xəbər verdiyimiz kimi, bu gün ABŞ Prezidenti Donald Tramp və Volodimir Zele

ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında bu gün keçirilə

Bakıda bir qrup xarici vətəndaşın Şəhidlər Xiyabanında qeyri-etik hər�
