Reklamı da azalıb, satışı da Elektromobil tarixə qovuşur?


Digərləri 18 Avq 2025 08:08:00 76 0

Reklamı da azalıb, satışı da  Elektromobil tarixə qovuşur?

Bir zamanlar elektrikli avtomobillər geniş təbliğ olunurdu. Avtomobil şirkətləri cəmiyyətin tanınmış simalarını reklam əməkdaşlığına cəlb edib, onların vasitəsilə bu avtomobilləri təriflədirdilər. Amma son dövrlərdə bu təbliğat səngiyib. Hətta tez-tez elektrikli avtomobillərdən şikayətlər eşidirik. Bu, hansı anlama gəlir? Artıq elektromobil eyforiyasının başa çatdığını düşünmək olarmı?

Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Bunlar şişirdilmiş rəqəmlərdir"

Tanınmış texnobloqer Fərid Pərdəşünas da elektromobil istifadəçisidir. Onun sözlərinə görə, elektromobillərlə bağlı real problemlər mövcuddur: "Elektromobillərlə bağlı həm mənfi, həm müsbət cəhətdən informasiya çirkliliyi mövcuddur. Bəzi insanlar mənfi tərəfləri, bəziləri isə müsbət tərəfləri çox qabardır. Güzəştlərin olması insanlarda elektromobilə maraq yaratdı. Çünki qiymətləri münasibdir. Avtomobil brendləri maşını satanda onun getdiyi məsafəni vurğulayırlar. Tam dolu enerji ilə 500-700 km məsafə qət etmək olur. Amma bunlar şişirdilmiş rəqəmlərdir. Belə testlər avtomobilin ən ideal hava şəraitində bütün funksiyaları sönülü vəziyyətdə həyata keçirilir. Elektromobil istifadəçiləri o rəqəmləri il ərzində maksimum üç ya dörd dəfə görə bilər. Bu da istifadədən asılıdır. Mən 500 km məsafə qət edən elektromobil istifadəçisiyəm, amma onun mənə şəhər içində təqdim etdiyi performans 300-350 km-dir. Çin avtomobillərində isə bu rəqəmlər daha da aşağıdır. Elektromobildə əsas diqqət etməli olduğunuz məsələ sərfiyyatdır. Yəni avtomobiliniz 100 km məsafəyə nə qədər enerji sərf edir".

F.Pərdəşünasın fikrincə, rayonlara tez-tez səfər edirsinizsə, maşınınız elektromobildirsə, problemlərlə üzləşə bilərsiniz.

"Stansiyalarda enerji üç dəfə baha satılır"

F.Pərdəşünas elektromobil almaq istəyənlərə məsləhətlərini də verdi: "Şəhər daxilində diqqət etməlisiniz ki, sizin iş yerinizdə, evinizdə enerji stansiyası varmı? Əks halda stansiyaya getdikdə bir saatdan da artıq müddət enerji doldurmaq üçün gözləyəcəksiniz. Əgər şarj stansiyanız yoxdursa, hər hansı məntəqədə doldurmaq sizin büdcənizə də ziyandır. Çünki sürətli enerji stansiyalarında enerji üç dəfə baha satılır. Əgər öz şarj stansiyanız olarsa, bu zaman digər avtomobillərlə müqayisədə qənaət etmiş olarsınız".

"Narazılıqlar daha çox infrastrukturla bağlıdır"

Aparıcı, avtomobil bloqeri İlkin Həsəni isə deyir ki, problemlərə baxmayaraq, elektromobillərin müsbət cəhətləri çoxdur. İlk növbədə sükut, rahat sürüş və qənaətcil istismar xərcləri vurğulanmalıdır: "Bir ilə yaxındır elektromobil sürürəm və ən çox qiymətləndirdiyim şeylərdən biri benzin növbəsində vaxt itirməməyimdir. Həm də servisə getmək demək olar ki, unudulub. Yağ, filtr dəyişmək kimi ehtiyaclarım yoxdur. Amma elektromobillərdən narazılıq edənlər də var və bu, normaldır. Çünki bu, hələ formalaşmaqda olan bir sahədir. Ən çox eşitdiyim narazılıq qışda batareyanın tez boşalması, yükləmə stansiyalarının sayının az olması və bəzən gecikmələrlə dolmasıdır. Amma yeni modellər, xüsusilə istilik pompası olan avtomobillər bu problemi demək olar ki, aradan qaldırır. Narazılıqlar daha çox infrastrukturla bağlıdır, avtomobillə yox. Hesab edirəm ki, dövlət və özəl sektor birgə işləsə, bu problemlər 2-3 il içində xeyli dərəcədə aradan qalxacaq".

İ.Həsəninin sözlərinə görə, narazılıqlar heç də elektrikli avtomobil dövrünün sonu demək deyil. Əksinə, bu dövr yeni başlayır: "Hər yeni texnologiyada olduğu kimi, əvvəlcə böyük ümidlər olur, sonra insanlar real problemlərlə qarşılaşırlar. Amma bu o demək deyil ki, texnologiya sıradan çıxır. Əksinə, biz indi adaptasiya dövrünü yaşayırıq".

"Hibrid avtomobil ideal seçimdir"

İ.Həsəninin fikrincə, daha praktik insanlar hibrid avtomobilləri seçməlidirlər: "Əgər evində və ya yaşadığı binada yükləmə imkanı varsa və gündəlik yürüş məsafəsi 100-150 km-dən çox deyilsə, elektromobilə keçməyi tövsiyə edirəm. Qənaət və rahatlıq baxımından böyük fərq olacaq. Əgər rayonlara tez-tez səfər edirsinizsə və yükləmə vaxtı sizi narahat edirsə, o zaman hibrid avtomobil ideal seçimdir".

"Hibrid avtomobillərə meyillənmə müşahidə edilir"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev də bildiribi ki, hazırda rəsmi dilerlər elektromobil reklamlarını azaldıblar: "Ölkəmizə avtomobillər həm rəsmi dilerlər vasitəsilə, həm də fiziki şəxslər tərəfindən gətirilir. Dilerlər alıcıya avtomobili necə istifadə etməli olduğunu izah edirlər. Belə olduqda vətəndaş o qədər də problemlə qarşılaşmır, çünki əvvəldən hər şeyi bilir. Amma bir çox vətəndaşlar rəsmi dilerə yox, fərdi satıcılara üz tuturlar. Bu səbəbdən rəsmi diler də əlavə xərc çəkib reklam etmək istəmir".

E.Əliyev bildirib ki, insanlar hələ elektromobillərdən doymayıb. Sadəcə, hibrid avtomobillərə meyillənmə müşahidə edilir: "Güzəştlərin davam etməsi elektromobillərə tələbatı daha da artıracaq. Elektromobil istehsalçıları hər gün avtomobillərin inkişafı üçün işlər görürlər. Gələcəkdə problemlər aradan qalxmış olacaq".

Qənaətcil, sağlam, daha ucuz

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev düşünür ki, gələcək elektrikli avtomobillər üzərində qurulub: "Elektrikli avtomobil idarə edirsənsə, diqqətli olmalısan. Yanacaqla işləyən maşında da görəndə ki, yanacaq az qalıb, onu doldurmalısan. Elektromobillərdə də planını elə qurmalısan ki, yolda qalmayasan. Ümumi götürsək, elektromobillər qənaətcildir, sağlamlıq üçün faydalıdır və daha ucuz və komfortludur. Özüm üç ildir elektromobil istifadə edirəm. Puluma haradasa 70-80 faiz qənaət edirəm. Bu illər ərzində maşını cəmi bir dəfə ustaya aparmışam. Sadəcə, hazırda bizdə yükləmə məntəqələri azdır, olanların da bəziləri yararsızdır. Gələcəkdə ənənəvi avtomobil istifadəçilərinin sayı daha da azalacaq. Bazarda əsasən elektrik və hibrid avtomobillər olacaq".  

Pul itirməmək üçün avtomobili nə vaxt satmaq lazımdır? like
  • 18 Avq 07:07  
Digərləri Pul itirməmək üçün avtomobili nə vaxt satmaq lazımdır?

Mütəxəssislər, avtomobilin hələ pul tozsoranına çevrilmədiyini, lakin a

arrow Ətraflı
Qovun ödemi azaldır və bağırsaq fəaliyyətini yaxşılaşdırır like
  • 18 Avq 06:06  
Digərləri Qovun ödemi azaldır və bağırsaq fəaliyyətini yaxşılaşdırır

Diyetoloq Tatyana Jarovskaya bildirib ki, qovun tərkibindəki lif və mineralla

arrow Ətraflı
Xiyarın acı dadının səbəbi nədir? like
  • 18 Avq 05:05  
Digərləri Xiyarın acı dadının səbəbi nədir?

Xiyarın bəzən ağızda qıcıqlandırıcı və acı dad buraxmasının əsas

arrow Ətraflı
Boğaz ağrısı ilə xəstəxanaya getdi: Antibiotik müalicəsindən bir gün sonra öldü like
  • 18 Avq 04:04  
Digərləri Boğaz ağrısı ilə xəstəxanaya getdi: Antibiotik müalicəsindən bir gün sonra öldü

İngiltərədə 29 yaşlı Maykl Reynolds boğaz ağrısı ilə xəstəxanaya m�

arrow Ətraflı
Yumurtanın saxlama müddəti nə qədərdir? like
  • 18 Avq 03:03  
Digərləri Yumurtanın saxlama müddəti nə qədərdir?

Diyetoloq Vanessa Giglio, təzə yumurtaların maksimum saxlanma müddətinin bi

arrow Ətraflı
Ömrü uzatmaq və sağlam qalmaq üçün sübut olunmuş yollar like
  • 18 Avq 02:02  
Digərləri Ömrü uzatmaq və sağlam qalmaq üçün sübut olunmuş yollar

Avropa Tibb Mərkəzinin endokrinoloqu Georgi Msxalaya uzun və sağlam həyat s

arrow Ətraflı
Günəbaxan tumunun gözəgörünməz zərərləri açıqlanıb like
  • 18 Avq 01:01  
Digərləri Günəbaxan tumunun gözəgörünməz zərərləri açıqlanıb

Endokrinoloq Evgeniya Bayturova xəbərdarlıq edib ki, günəbaxan tumları hə

arrow Ətraflı
Virus sürətlə yayılır! 16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm like
  • 18 Avq 00:41  
Dünya Virus sürətlə yayılır! 16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm

Ağcaqanad mənşəli çikunqunya virusu getdikcə daha da yayılır. Bu il 16 �

arrow Ətraflı
Ən çox qəzaya uğrayan avtomobillər açıqlandı like
  • 18 Avq 00:25  
Digərləri Ən çox qəzaya uğrayan avtomobillər açıqlandı

Bəzi avtomobillərin qəzaya düşmə ehtimalı digərlərindən daha çoxdur.

arrow Ətraflı
Yük maşını yolda qəfil alovlandı like
  • 18 Avq 00:13  
Digərləri Yük maşını yolda qəfil alovlandı

Samsun-Ankara avtomobil yolunda azərbaycanlı sürücünün idarə etdiyi təhl

arrow Ətraflı
1000 manat kredit götürmək istəyən şəxsi belə aldatdılar like
  • 18 Avq 00:13  
Digərləri 1000 manat kredit götürmək istəyən şəxsi belə aldatdılar

1000 manat kredit götürmək istədi, lakin aldadıldı...

arrow Ətraflı
Rəqsanə azadlığa buraxılır?  Əri restoranını satışa çıxardı like
  • 18 Avq 00:03  
Şou-biznes Rəqsanə azadlığa buraxılır? Əri restoranını satışa çıxardı

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində 4 ay müd

arrow Ətraflı
Günün qoroskopu: Daxili sükunətə ehtiyacınız var like
  • 18 Avq 00:01  
Digərləri Günün qoroskopu: Daxili sükunətə ehtiyacınız var

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Daha bir əməliyyat İcbari Tibbi Sığortaya daxil edildi like
  • 17 Avq 23:32  
Digərləri Daha bir əməliyyat İcbari Tibbi Sığortaya daxil edildi

Gözdəki ət artımı icbari tibbi sığorta ilə əməliyyat edilir.

arrow Ətraflı