Xroniki bel ağrılarının qarşısını almağın açarı: Gündə 100 dəqiqə sadə gəzinti


Digərləri 11 Avq 2025 04:04:00 77 0

Xroniki bel ağrılarının qarşısını almağın açarı: Gündə 100 dəqiqə sadə gəzinti

Yeni bir Norveç araşdırmasına görə, gündəlik sadə və yavaş tempdə yerimək xroniki bel ağrılarının qarşısını almaqda effektiv vasitə ola bilər.

Son.az-ın xarici mətbuata istinadən məlumatına görə, Norveç Elm və Texnologiya Universitetinin apardığı tədqiqat göstərib ki, hər gün ortalama 78-100 dəqiqə arasında gəzən insanların bel ağrısı riski əhəmiyyətli dərəcədə azalır.

Araşdırmada 11 mindən çox iştirakçının sağlamlıq və gündəlik hərəkət məlumatları təhlil edilib. İştirakçılar bir həftə boyunca bud və bel nahiyələrinə taxılan akselerometr cihazları vasitəsilə nə qədər hərəkət etdiklərini qeydə alıblar.

Nəticədə məlum olub ki:

Gündə 78-100 dəqiqə arasında yeriyənlərdə xroniki bel ağrısı riski 13% daha aşağıdır. Gündə 100 dəqiqədən çox yeriyənlərdə bu göstərici 23%-ə qədər azalır.

Maraqlısı odur ki, gəzinti sürəti deyil, ümumi yerimə müddəti daha mühüm təsir göstərir.

Tədqiqatın aparıcı müəllifi, sağlamlıq mütəxəssisi Rayane Haddadj bu barədə belə deyib:

"Tədqiqat nəticələri göstərir ki, xroniki bel ağrısından qorunmaq üçün gəzinti müddəti sürətdən daha vacibdir".

Bahalı vasitələrə ehtiyac yoxdur - gəzinti kifayətdir

Dünya üzrə əlilliyin əsas səbəblərindən biri hesab edilən bel ağrılarının qarşısını almaq üçün sadə və iqtisadi üsul gəzinti, alternativ yol kimi təklif olunur.

Mütəxəssislər bildirirlər ki, bu fiziki aktivlik təkcə bel ağrılarının qarşısını almaqla qalmır, həmçinin:

Beyin sağlamlığını dəstəkləyir, Ürək-damar xəstəlikləri riskini azaldır, Yaradıcılığı artırır, Ömrü uzadır.

Araşdırma müəllifləri hesab edirlər ki, bu tapıntılar sağlamlıq siyasətlərində yerimənin təşviq edilməsinin vacibliyini göstərir. Müasir dövrdə oturaq həyat tərzinə qarşı sadə, lakin təsirli həll: hər gün sadəcə 100 dəqiqə yerimək.

Kənan Son.az

Uğurlu günün sirri: Erkən oyanmaq və düzgün səhər rutini like
  • 11 Avq 02:02  
Digərləri Uğurlu günün sirri: Erkən oyanmaq və düzgün səhər rutini

Uğurlu insanların ortaq xüsusiyyətlərindən biri də günə erkən və ener

arrow Ətraflı
Kişilərin kökəlməsinə səbəb olan 6 əsas vərdiş: Arıqlamaq istəyənlər diqqət etsin like
  • 11 Avq 01:01  
Digərləri Kişilərin kökəlməsinə səbəb olan 6 əsas vərdiş: Arıqlamaq istəyənlər diqqət etsin

Kişilərin bir çoxu artıq çəkidən xilas olmaq istəyir, lakin pəhriz saxl

arrow Ətraflı
İran Azərbaycan və Ermənistan arasında istənilən sülhü müsbət qarşılayır like
  • 11 Avq 00:30  
Digərləri İran Azərbaycan və Ermənistan arasında istənilən sülhü müsbət qarşılayır

İran Azərbaycan və Ermənistan arasında istənilən sülhü müsbət qarşı

arrow Ətraflı
Rusiya Zaporojyedə avtovağzal və klinikanı bombaladı  20yə yaxın yaralı var  FOTO like
  • 11 Avq 00:03  
Dünya Rusiya Zaporojyedə avtovağzal və klinikanı bombaladı 20yə yaxın yaralı var FOTO

Rusiya aviasiyası Zaporojye şəhərinə bomba hücumu həyata keçirib.

arrow Ətraflı
Günün qoroskopu: Yeni ideyalar və layihələr haqqında düşünün like
  • 11 Avq 00:01  
Digərləri Günün qoroskopu: Yeni ideyalar və layihələr haqqında düşünün

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Saç əkdirməyə ehtiyac yoxdur  3 aya tük çıxardır like
  • 10 Avq 23:55  
Digərləri Saç əkdirməyə ehtiyac yoxdur 3 aya tük çıxardır

Derma rollinq (mikroiynələmə) proseduru həm dermatoloqlar, həm də evdə d�

arrow Ətraflı
Bilgəh çimərliyində bir nəfər batdı like
  • 10 Avq 23:54  
Digərləri Bilgəh çimərliyində bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Qaxa dincəlməyə getmişdi, hovuzda öldü like
  • 10 Avq 23:50  
Digərləri Qaxa dincəlməyə getmişdi, hovuzda öldü

Qaxa istirahətə gedən Kürdəmir sakini ölüb.

arrow Ətraflı
Kartof fri şəkər yaradır  Xəbərdarlıq like
  • 10 Avq 23:45  
Digərləri Kartof fri şəkər yaradır Xəbərdarlıq

Qızarmış kartof 2-ci tip diabet riskini 20 faiz artırır - elmi araşdırma

arrow Ətraflı
Pərvin Abıyevanın hovuz görüntüləri  VİDEO  FOTO like
  • 10 Avq 23:30  
Şou-biznes Pərvin Abıyevanın hovuz görüntüləri VİDEO FOTO

Uzun müddətdir gündəmdən uzaq qalan aktrisa Pərvin Abıyeva tətilə çıx

arrow Ətraflı
Tıxacda maşını necə sürək ki, benzin az işlənsin? like
  • 10 Avq 23:15  
Digərləri Tıxacda maşını necə sürək ki, benzin az işlənsin?

Tıxaclar günümüzün ən böyük problemlərindən biridir və həyatımızda

arrow Ətraflı
Aparıcı Vüsalə qəzaya düşdü  FOTO like
  • 10 Avq 23:05  
Şou-biznes Aparıcı Vüsalə qəzaya düşdü FOTO

Aparıcı Vüsalə Səidin başına iş gəlib. 

arrow Ətraflı