Bibər dolması belə hazırlanır! Pomidor salçasına ehtiyac yoxdur, fərq zeytun yağındadır


Digərləri 10 Avq 2025 16:30:00 86 0

Bibər dolması belə hazırlanır! Pomidor salçasına ehtiyac yoxdur, fərq zeytun yağındadır

Zeytun yağlı bibər dolması Türkiyə mətbəxinin ən sevilən klassiklərindən biridir. Lakin bu resepti xüsusi edən pomidor salçası istifadə olunmaması, ön planda zeytun yağı və təzə ədviyyatların olmasıdır. Evdə asanlıqla hazırlaya biləcəyiniz dadlı bir bibər dolması resepti təqdim edirik.

Ev şəraitində 5 nəfərlik, 12 ədəd bibər dolması üçün bir neçə vacib məqam var. Bu addımlara diqqət yetirsəniz, ləzzətli və ağız dadını oxşayan bir yemək hazırlamış olacaqsınız.

Son.az resepti təqdim edir:

Tərkibi:

12 ədəd dolmalıq bibər

1 stəkan düyü

1 ədəd böyük soğan

Yarim fincan kişmiş

Yarim çay qaşığı qara istiot

Yarim çay qaşığı yenibahar

1 yemək qaşığı qırmızı toz bibər

1 fincan bitki yağı

1 fincan zeytun yağı

Bir ovuc cəfəri, şüyüd, nanə

İlk olaraq, dolmalıq bibərlərin saplarını diqqətlə çıxarın. Baş barmağınızla bibərin üstünə yüngülcə basıb sapı dairəvi şəkildə ayırın. Bu sapları qapaq kimi istifadə edə bilərsiniz, ya da üstünə pomidor dilimləri qoymaq mümkündür. Bibərlərin içini təmizlədikdən sonra bir kənarda saxlayın. Çox iri bibərlər seçməməyə çalışın.

Düyünü soyuq su ilə isladın. İsti su istifadə etsəniz, düyü çox su çəkib öz strukturunu itirə, hətta sınaraq dağılmağa başlayar. Çeşmə suyu ilə isladılmış düyü içliyin yaxşı bişməsinə kömək edir. Düyünü süzdükdən sonra bir kənarda saxlayarkən, soğanı çox incə doğrayın. Sonra qazanın altını orta odda açın və yağları əlavə edin.

Zeytun yağlı dolma soyuq yeyildiyi üçün zeytun yağı soyuducuda bəzən bərkiyə bilər. Yağlar qızdıqda, doğranmış soğanları əlavə edin və səbrlə qovurun. Soğanlar karamelləşərək demək olar ki, əriməli və yox olmalıdı. Soğanlar istədiyiniz səviyyəyə çatanda süzülmüş düyünü əlavə edib qovurmağa davam edin. Düyülər bir-birinə yapışmağa başlayanda, ədviyyatları əlavə etmək vaxtıdır.

Qırmızı toz bibər, qara istiot, yenibahar, darçın və duzu əlavə edib qarışdırın. Bu reseptdə pomidor salçası yerinə ləzzəti ədviyyatlardan alırıq. Ilıq suda isladılmış və süzülmüş kişmişi də əlavə edə bilərsiniz. İçliyin su miqdarı bu reseptdə çox önəmlidir. Normalda 1 stəkandan 1,5 stəkana qədər su istifadə olunur, amma bu reseptdə bol soğan və dolmanın içində bişməsi səbəbindən yalnız 1 stəkan su əlavə edin.

Su əlavə etdikdən sonra qazanı örtün və ən aşağı odda 10 dəqiqə bişməyə qoyun. Bu müddətdə qapağı açmayın. 10 dəqiqə sonra içliyi yoxlaya bilərsiniz. Su çəkilibsə, bir ovuc cəfəri, şüyüd və nanəni incə-incə doğrayın. Yaşıl nanə yoxdursa, quru nanə də istifadə edə bilərsiniz. Soyumuş içliyə otları əlavə edib qarışdırın.

Bibərləri doldurarkən, içliyi çox sıxışdırmadan, ağız hissəsində bir barmaq boşluq qalacaq şəkildə doldurun. Çiy düyü ilə hazırlanan dolmalarda bibərlər yarıya qədər doldurulur, lakin bu reseptdə yarı bişmiş düyü istifadə etdiyimiz üçün ağız hissəsinə qədər doldururuq. Bibərlərin üzərini pomidor dilimləri ilə bağlayıb orta odda qaynamağa qoyun. Qaynadıqdan sonra odda azaldın və təxminən 30 dəqiqə, bibərlər yumşalana qədər bişirin.

Nuş olsun!

Kənan Son.az

Qəzzada ərzaq böhranı  Acından ölənlərin sayı artı like
  • 10 Avq 16:16  
Dünya Qəzzada ərzaq böhranı Acından ölənlərin sayı artı

Qəzza zolağında davam edən ərzaq böhranı insan tələfatına səbəb olma

arrow Ətraflı
Volodimir Zelenski İlham Əliyevə zəng edib like
  • 10 Avq 16:05  
Siyasət Volodimir Zelenski İlham Əliyevə zəng edib

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasın�

arrow Ətraflı
Namiq Qaraçuxurlu bağını göstərdi like
  • 10 Avq 15:47  
Şou-biznes Namiq Qaraçuxurlu bağını göstərdi

Meyxana ustası Namiq Qaraçuxurlu şəxsi həyatından nadir paylaşım edib.

arrow Ətraflı
Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib like
  • 10 Avq 15:42  
Siyasət Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib

Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Az

arrow Ətraflı
Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Einstein təcrübəsi? like
  • 10 Avq 15:30  
Digərləri Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Einstein təcrübəsi?

1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla

arrow Ətraflı
"Adanalı"nın "Pınar"ı tanınmaz halda  Sənəti buraxıb makler oldu like
  • 10 Avq 15:17  
Şou-biznes "Adanalı"nın "Pınar"ı tanınmaz halda Sənəti buraxıb makler oldu

"Adanalı" serialında "Pınar" obrazı ilə tanınan Tuğç

arrow Ətraflı
Ağsuda məişət tullantıları yandıran şəxs yanğına səbəb oldu like
  • 10 Avq 15:01  
Digərləri Ağsuda məişət tullantıları yandıran şəxs yanğına səbəb oldu

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadis

arrow Ətraflı
Gözlərinizi qoruyun: Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş like
  • 10 Avq 14:46  
Digərləri Gözlərinizi qoruyun: Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş

Gündəlik həyatımızda göz sağlamlığını çox zaman ikinci plana atırı

arrow Ətraflı
Telefon danışığında başlayan mübahisə qanla bitdi! 25 yaşlı gənc qətlə yetirildi like
  • 10 Avq 14:30  
Digərləri Telefon danışığında başlayan mübahisə qanla bitdi! 25 yaşlı gənc qətlə yetirildi

Antalyada H.T. (29) ilə Emir Batuhan Çelik (25) arasında telefonda başlayan

arrow Ətraflı
ABŞ rəsmisi Fransa prezidentini HƏMASla danışıqları pozmaqda ittiham edib like
  • 10 Avq 14:15  
Dünya ABŞ rəsmisi Fransa prezidentini HƏMASla danışıqları pozmaqda ittiham edib

ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsraillə H

arrow Ətraflı
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib like
  • 10 Avq 14:10  
Siyasət Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmən

arrow Ətraflı
ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 10 Avq 13:48  
Siyasət ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublika

arrow Ətraflı
Zəngəzur dəhlizinin keçəcəyi iki rayondan görüntülər like
  • 10 Avq 13:45  
Digərləri Zəngəzur dəhlizinin keçəcəyi iki rayondan görüntülər

Zəngəzur yolunun inşası Vətən müharibəsindən bir qədər sonra başlay�

arrow Ətraflı
Avqustun dolunayı ilin ən yaxşı ulduz axını ilə üstüstə düşəcək like
  • 10 Avq 13:30  
Digərləri Avqustun dolunayı ilin ən yaxşı ulduz axını ilə üstüstə düşəcək

Avqust ayının dolunayı illik Perseid meteor axınının gəlişi ilə üst-ü

arrow Ətraflı
Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağlayıb  minlərlə qadın işsiz qalıb like
  • 10 Avq 13:16  
Dünya Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağlayıb minlərlə qadın işsiz qalıb

Əfqanıstanda qadınlara qarşı məhdudiyyətləri davam etdirən Taliban rəh

arrow Ətraflı