Azərbaycanın buğda idxalında ciddi artım Rəy
Digərləri 05 Avq 2025 21:14:00 82 0
Bu ilin birinci yarısında Azərbaycan ümumilikdə 602 min 255 ton buğda idxal edib ki, bu da ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm göstəricidir. Buğdanın idxal dəyəri isə 130 milyon 661 min ABŞ dolları təşkil edib ki, bu da ölkənin bu sahəyə ciddi maliyyə resursları ayırdığını göstərir. Eyni zamanda, Azərbaycanda buğda idxalı 56% artıb. Həmçinin, hər il kənd təsərrüfatına yatırılan investisiyalar artmasına baxmayaraq, xaricdən idxal edilən məhsullar da artır. Belə böyük həcmdə idxal isə həm daxili bazarın tələbatını ödəmək, həm də ərzaq təminatını stabilləşdirmək məqsədi daşıyır.
Bu xəbəri də oxu: Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Bəs, bu artımın əsas amilləri hansılardır?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məhsuldarlığın artırılması üçün keyfiyyətli toxumlardan istifadənin, düzgün aqrotexniki qulluğun vacibliyi təbliğ və təşviq olunur.
Qeyd edək ki, mövcud göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 216 min 233 ton (56 %), dəyər baxımından isə 45 milyon 482 min ABŞ dolları (53,4%) çoxdur.
Məlumat üçün bildirək ki, ötən il yanvar-iyun aylarında isə Azərbaycana buğda idxalı 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton olub.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev Trend-ə açıqlamasında qeyd edib ki, buğda idxalının artması müəyyən səbəblərlə əlaqələndirilə bilər:
"Ölkədə təbii şəraitin əlverişli olmaması, istilərin kəskinləşməsi və təbii fəlakətlər buğda istehsalının aşağı olmasının əsas səbəblərindəndir. Bununla belə, Azərbaycanda daha çox ərzaqlıq buğda xaricdən idxal edilir ki, bu da təbiidir, çünki buğda rentabelli məhsul sayılmır. Ölkədə təxminən 1 milyon hektar sahə dənli-paxlalı bitkilər üçün ayrılıb, lakin qeyd olunan səbəblərdən buğdanın məhsuldarlığı yüksək deyil. Qarşıya qoyulan əsas məqsəd sahələrin genişləndirilməsi deyil, məhsuldarlığın artırılmasıdır".
Rumıniyanın sabiq prezidenti İon İliesku 95 yaşında vəfat edib

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, avqus

Rusiyada 130-a yaxın kiçik şəhər yaxın onilliklərdə tamamilə yox ola bi

2025-ci ilin ilk yarım ilində Finlandiya hakimiyyəti 90 Rusiya vətəndaşın

Böyük Britaniyada "Floris" qasırğasının fəsadları qalmaqdadır

Türkiyə Ordusunun Baş Qərargah rəisi Mətin Gürak təqaüdə göndərilib.

Ölkə ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə ekoloji

Azərbaycan Rəqs İttifaqının (AzDC) qarşıdakı beynəlxalqfestivalların t

Artan istilər təkcə fiziki rahatlığı pozmur, həm də beyin funksiyaların

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydə

Türkiyənin məşhur müğənnisi Sibel Canın qızı Melisa Ural kameraların

Yay aylarının ən sevimli təamlarından olan dondurma həm dadı, həm də s�

Avqustun 7-də Yardımlı rayonunun bəzi kəndlərində qaz təchizatı dayand�

Türkiyə Somalidə kosmik baza inşa etməyə hazırlaşır.

Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakət nə
