5ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir


Digərləri 04 Avq 2025 16:25:00 63 0

5ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

Bu il keçirilən 5-ci "Yüksəliş" müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək göstəricidir. Məhz bu münasibətlə Azərbaycanın ən böyük maliyyə qurumu olan Kapital Bank-da xüsusi görüş baş tutub. Bankın İdarə Heyətinin Sədri və Baş İcraçı direktoru Fərid Hüseynov, eləcə də İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova müsabiqənin qalibi olan əməkdaşlarla bir araya gələrək onları şəxsi nailiyyətləri münasibətilə təbrik ediblər. 

Görüş zamanı rəhbərlik qaliblərin uğur yolunu dinləyib, onların peşəkar inkişaf prosesində göstərdikləri əzmkarlığı və liderlik keyfiyyətlərini yüksək qiymətləndirib. Səmimi müzakirələr əsnasında iştirakçılar həm müsabiqənin çətinlikləri, həm də bu nəticənin bank daxilində digər əməkdaşlar üçün də motivasiya və örnək təsiri yaratdığı barədə fikirlərini bölüşüblər. 

Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov görüş zamanı bildirib ki, bu nəticə bankın insan kapitalına verdiyi dəyərin və sistemli yanaşmasının göstəricisidir: "Yüksəliş yalnız fərdi nailiyyət deyil, bu həm də təşkilati uğurdur. Biz Kapital Bank-da sabahın liderlərini müəyyən edir, onlara şəxsi inkişaflarında şərait yaradırıq. Bu müsabiqədə də üç qalibimizin olması təsadüfi deyil. Bu, illərlə formalaşan dəyərlər sistemimizin və inkişaf mədəniyyətimizin nəticəsidir".

İnsan kapitalı və təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova isə müsabiqənin nəticələrini bank üçün strateji əhəmiyyətli bir göstərici kimi qiymətləndirib: "Bizim əsas dəyərimiz insandır. Hər bir əməkdaşımızın fərdi inkişafı, liderlik bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi bankımızın uzunmüddətli uğur strategiyasının tərkib hissəsidir. "Yüksəliş" kimi platformalarda qalib olmaq bu istiqamətdə atılan addımların doğruluğunu bir daha təsdiq edir".

Qeyd edək ki, builki "Yüksəliş" müsabiqəsinin qalibləri arasında Kapital Bank-ın Satış Kanalları Departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa Satış və Xidmət şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə Risk Texnologiyaları sahəsinin məhsul sahibi Məmməd Həsənov yer alıb. Onların hər biri bank daxilində inkişaf yolu keçmiş, müxtəlif struktur vəzifələrdə uğurlu fəaliyyətləri ilə seçilmiş əməkdaşlardır.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçi kadrların aşkarlanması, inkişaf etdirilməsi və dövlət idarəçiliyi də daxil olmaqla müxtəlif sahələrdə liderlik potensiallarının gücləndirilməsidir. Beş mərhələdən ibarət olan müsabiqə iştirakçıların strateji düşüncə, liderlik, qərarvermə və etika kimi bacarıqlarını qiymətləndirən beynəlxalq model əsasında həyata keçirilir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc. 

Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib like
  • 04 Avq 16:23  
Siyasət Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib

Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib.

arrow Ətraflı
Anar Abdullayev məhkəmə zalında həbs edildi like
  • 04 Avq 16:21  
Digərləri Anar Abdullayev məhkəmə zalında həbs edildi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Ana

arrow Ətraflı
Azərbaycanda büdcə qaydası dəyişdi like
  • 04 Avq 16:17  
Siyasət Azərbaycanda büdcə qaydası dəyişdi

Azərbaycanda büdcə qaydası dəyişib.

arrow Ətraflı
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı like
  • 04 Avq 16:15  
Siyasət Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıl

arrow Ətraflı
21 məktəb direktoru işdən çıxarılıb  RƏSMİ like
  • 04 Avq 16:12  
Digərləri 21 məktəb direktoru işdən çıxarılıb RƏSMİ

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

arrow Ətraflı
Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib  FƏRMAN like
  • 04 Avq 16:11  
Siyasət Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib FƏRMAN

Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi

arrow Ətraflı
Dilənçinin 1 günlük qazancı: 3000 manat... like
  • 04 Avq 15:50  
Digərləri Dilənçinin 1 günlük qazancı: 3000 manat...

Türkiyənin Van vilayətində saxlanılan dilənçidən 75 min TL-dən artıq (

arrow Ətraflı
Bəzi ölkələrdən Azərbaycana dəvə gətirilməsinə məhdudiyyət qoyuldu like
  • 04 Avq 15:41  
Digərləri Bəzi ölkələrdən Azərbaycana dəvə gətirilməsinə məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların

arrow Ətraflı
Bu məhsul bol və ucuzdur, amma alıcısı yoxdur like
  • 04 Avq 15:21  
Digərləri Bu məhsul bol və ucuzdur, amma alıcısı yoxdur

Pomidor bu il necə deyərlər, həm boldur, həm də ucuz. Amma alan yoxdur. Ya

arrow Ətraflı
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı like
  • 04 Avq 15:11  
Digərləri Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki depar

arrow Ətraflı
Samir Oruc mətbuat katibi təyin olundu like
  • 04 Avq 15:10  
Digərləri Samir Oruc mətbuat katibi təyin olundu

Respublika Diaqnostika Mərkəzinə yeni mətbuat katibi təyin edilib.

arrow Ətraflı
40 dərəcə havada istiliyə qarşı necə davranmalı? like
  • 04 Avq 15:05  
Digərləri 40 dərəcə havada istiliyə qarşı necə davranmalı?

Bu gün ölkə ərazisində temperaturun 40 dərəcəyə qədər yüksələcəyi

arrow Ətraflı