"Krokus Siti Holl"da 70 nəfər
Digərləri 03 Avq 2025 11:33:00 84 0
Moskvada "Krokus Siti Holl" konsert zalında törədilən terror aktı nəticəsində həlak olanların yarısı yanğının təsirindən həyatını itirib.
Bu xəbəri də oxu: Nadir avtomobil milyonlarla dollara satılacaq FOTO
Son.az xəbər verir ki, bu, istintaq materiallarında əksini tapıb.
"Krokus Siti Holl"-da ölümlərin əsas səbəbləri
İstintaq sənədlərində göstərilir ki, ümumilikdə 149 nəfər həyatını itirib və onlardan 70 nəfəri heç bir güllə yarası almadan yanğın zamanı boğularaq və ya yüksək temperaturdan nəfəs yollarının zədələnməsi nəticəsində dünyasını dəyişib. Ölüm səbəbi olaraq termoinqalyasiya travması və karbonmonoksid (zəhərli qaz) ilə zəhərlənmə göstərilir.
1971 nəfər real ölüm təhlükəsi ilə üzləşib
Digər şəxslər isə əsasən odlu silah yaraları nəticəsində həyatını itirib və bəzilərinin ölüm səbəbini müəyyən etmək mümkün olmayıb. Məlumatlara görə, terror zamanı konsert zalında 2000-ə qədər insan olub. İstintaq sənədlərində vurğulanır ki, hadisə baş verən zaman "Krokus Siti Holl"da olan 1971 nəfər real ölüm təhlükəsi ilə üzləşib, lakin onların təxminən 1700 nəfəri sonradan tibbi yardıma müraciət etməyib.
Qeyd edək ki, "Crocus City Hall"da terror aktı 22 mart 2024-cü ildə Moskva vaxtı ilə 20:00-da baş verib. Hücum kütləvi atışma və partlayışlarla müşayiət olunub. Hücum edənlər konsert salonunda dinc insanlara atəş açıb, zalı yandırıb, sonra isə binanı tərk edərək avtomobillə qaçıblar.
Hücumu dörd silahlı şəxs həyata keçirib, onların hamısı Rusiya hüquq-mühafizə orqanları tərəfindən tutulub və istintaqa cəlb olunub.
Moskva məhkəməsi "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı 18 nəfərin həbsi barədə qərar verib. Crocus"a hücumdan sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, habelə silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunur. /Lent.az
İsrailin hökumətyönlü "Israel Hayom" qəzetində dərc olunan və

Meyxanaçı Namiq Qaraçuxurlu paylaşımı ilə diqqət çəkib.

Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-K

Xəbər verdiyimiz kimi, Baş Şirvan kollektorunun Şirvan şəhərindən keç

"Telegram" mesencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vav

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks ə

Avqust ayına doğru irəlilədikcə ulduzlar bəzi bürclərə möcüzəvi dəs

Tanınmış müğənni Emma Ələkbərzadə makiyajsız görüntüsü ilə diqq

Rusiya hərbçiləri gecə saatlarında Nikolayevin yaşayış məntəqəsinə r

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərə

Xalq artisti Aygün Kazımova görüntüsü ilə diqqət çəkib.
