Eyni ətir fərqli mağazalardan alındıqda qalıcılığı niyə dəyişir?
Digərləri 30 İyl 2025 21:30:00 93 0
Eyni ətir, fərqli təsir: Səbəb nədir?
Bu xəbəri də oxu: Xocalıda yanğın baş verib
"Bahalı ətir almısınız, lakin bir dostunuzda qoxusu günlərlə qalır, sizdə isə bir neçə saatdan sonra yoxa çıxır? Hətta bəzən eyni brendin, eyni adı daşıyan məhsulu fərqli mağazalardan aldığınız zaman fərqli qalıcılıqla qarşılaşırsınız? Bu, sadəcə təsadüf deyil".
Tanınmış əttar və parfümeriya üzrə mütəxəssis Türkan Alixanova Son.az-a açıqlamasında bu çox yayılmış, lakin az bilinən problemin arxasında duran 6 əsas səbəbi açıqlayıb.
Onun sözlərinə görə, bu hal bir çox faktorla bağlıdır və ən əsas səbəblərdən biri məhsulun orijinallığıdır:
"İstifadəçilər bəzən düşünür ki, eyni brendin eyni ətirini aldıqlarına görə nəticə də eyni olmalıdır. Amma bu, belə deyil. Ətirlərin qalıcılığına təsir edən bir neçə ciddi amil var".
Saxta məhsullar əsas səbəblərdən biridir
Alixanova qeyd edib ki, məşhur ətir brendlərinin saxta versiyaları bazarda çox geniş yayılıb. Bu məhsullar xarici görünüşcə orijinala bənzəsə də, tərkibində keyfiyyətsiz spirt və sintetik maddələrdən istifadə olunur:
"Bu cür saxta ətirlər dəri ilə təmasda tez buxarlanır və qoxu maksimum 30-60 dəqiqə qalır. Bu səbəbdən istifadəçilər orijinal ətirlərlə saxta məhsulları bəzən qarışdırır", - deyə mütəxəssis bildirib.
Saxlanma şəraiti də təsir göstərir
Mütəxəssis vurğulayıb ki, ətirin saxlanma şəraiti də onun keyfiyyətinə birbaşa təsir edir:
Yüksək temperatur, günəş işığı və nəmişlik ətirdəki efir yağlarının kimyəvi quruluşunu pozur və nəticədə qalıcılıq xeyli azalır. Ətir sərin, quru və qaranlıq yerdə saxlanmalıdır. Əgər mağaza və ya anbar bu şərtlərə əməl etmirsə, məhsulun keyfiyyəti zəifləyir".
Konsentrasiya fərqləri: EDT, EDP və Parfum
Türkan Alixanova diqqətə çatdırıb ki, bəzən eyni adla satılan ətirin fərqli konsentrasiya növləri olur.
Məsələn:
Avstraliyada tapılan daşın içindən qızıl yox, daha dəyərli bir xəzinə

Bakıda ucuz qiymətə satışa çıxarılan maşın "tələ" imiş.

Bir neçə gün əvvəl Gəncədə "DNK Hospital"da müalicə üçün

Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan tibb mü

Müğənni Kəmalə Qaramollayeva fanatına olan reaksiyası ilə diqqət çəki

İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin VI

İqtisadiyyat Nazirliyində "İqtisadi artım" və "Dayanıqlı m

Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni m

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025/2026-cı tədris ilin

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və E

OpenAI-nin məşhur süni intellekt chatbotu ChatGPT autizm spektri pozğunluğu
