Bakıda oğlan sevgilisini daşla öldürdü Məhkəmədə ŞOK ETİRAFLAR
Digərləri 29 İyl 2025 15:31:00 98 0
Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: "Temu"nun fırıldağı üzə çıxdı FOTO
Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırıb.
Təqsirləndirilən İgid Rəcəbzadə hadisəni belə nəql edib:
"Əvvəlcədən razılaşmışdıq, paltar almaq istəyirdi. Buna görə Maştağadakı ticarət mərkəzinə getmişdik. Sonra o evə qayıtmaq istədi, taksiyə mindik yola düşdük. Anidən dedi ki, mən düşmək istəyirəm soruşdum ki, niyə? Cavab vermədi. Mən də onun arxasınca getdim və qışqıraraq soruşdum ki, niyə düşdün, hara gedirsən? Yenə cavab vermədi.
Öz-özünə danışır, məni açıq-aşkar təhqir edirdi. Ağzına gələn sözləri deyirdi. Dedim, axı biz bu qədər vaxtdır bir yerdəyik, gəzmişik niyə belə davranırsan? O, təhqirlərini davam etdirdi. Birdən telefonuna zəng gəldi, danışdı və yenidən qışqırmağa başladı. Mənə qarşı müqavimət göstərdi. Yanımda olan daşla bir dəfə vurdum, yerə yıxıldı. O an nə etdiyimi anlamadım. Hadisə yerindən uzaqlaşdım. Sonra geri qayıdanda gördüm ki, o artıq ölüb. Hadisə yerində heç kim yox idi. Sonra 15-ci Polis Bölməsinə gedərək təslim oldum".
Dövlət ittihamçısının suallarını cavabladıran təqsirləndirilən şəxs zərərçəkəni Zabratdan tanıdığını bildirib:
"Hər gün qarşılaşırdıq. Təxminən bir ilə yaxın münasibətimiz olub. Bacısının evində qalırdı, biz də orada tez-tez görüşürdük. Əslində, ilk dəfə işlədiyi restorandan tanımışam. Oradan ünsiyyətimiz başlayıb. Hadisəyə səbəb mənə nalayiq ifadələr işlətməyi olub".
Prosesdə təqsirləndirilən şəxsin ilkin ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyət olub. Belə ki, ilkin ifadəsində qadını 20 kiloqramlıq daşla vurduğunu bildirsə də, hazırkı ifadəsində onu kiçik ölçülü daşla öldürdüyünü qeyd edib.
O, ifadəni oxumadan imzaladığını bildirib.
Zərərçəkmişin hüquqi varisinin ifadəsinin alınması məqsədilə növbəti məhkəmə iclası sentyabrın 16-na təyin olunub.
Qeyd edək ki, 2024-cü ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 33 yaşlı Elnarə İbrahimovanın ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalara əsasən qadının qeyri-rəsmi nikah münasibətində yaşadığı 29 yaşlı İgid Rəcəbzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı baş nahiyəsinə daş parçası ilə xəsarət yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./lent.az
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı hərbi məqsədlərindən yal

Son günlər Almaniyanın iqtisadiyyat nazirinin pensiya yaşının 70-ə qaldı

Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görü

Türkiyəli məşhur Kıvanç Tatlıtuğ bahalı yaxtası ilə görüntülənib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü

Rusiyada minə yaxın sərnişin hava limanlarında qalıb.

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Əməkdar artist Mətanət İsgəndərli yeni halı ilə diqqət çəkib.

Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siy

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə

Cənubi Qafqaz bu gün sadəcə qeyri-sabitlik deyil, dərin və sistemli keçid

Avqust ayı Oğlaq bürcündə doğulanlar üçün həm emosional, həm də mali

Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.

Hər yay iyul-avqust aylarından başlayaraq mağazalarda məktəbli formaların

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.
