Türkiyədə bütün dövrlərin temperatur rekordu qeydə alındı: 50,5 dərəcə
Digərləri 27 İyl 2025 16:50:00 81 0
Türkiyədə indiyədək qeydə alınmış ən yüksək hava temperaturu ölçülüb.
Bu xəbəri də oxu: Maşınlar bu tarixdən bahalaşacaq
Son.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatına əsasən, 25 iyul tarixində Şırnak vilayətinin Silopi rayonunda hava temperaturu 50,5 dərəcəyə çataraq ölkə üzrə bütün dövrlərin ən yüksək göstəricisi olub. Həmin gün temperaturun ölçüldüyü 132 mərkəzdə iyul ayı üçün tarixdəki ən yüksək göstəricilər qeydə alınıb.
Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə tabe olan Meteorologiya Baş İdarəsinin açıqlamasında bildirilir ki, bu yay temperatur göstəriciləri mövsüm normativlərindən 12 dərəcə yüksək olub və yeni rekordlara səbəb olub.
Əvvəlki rekord 15 avqust 2023-cü ildə 49,5 dərəcə ilə Eskişəhərin Sarıcakaya rayonunda qeydə alınmışdı. Lakin 25 iyul bümə günü bu rekord Silopidə 50,5 dərəcə ilə yenilənib. Eyni gün ərzində daha 132 mərkəzdə iyul ayı üçün bütün dövrlərin ən yüksək temperaturu qeydə alınıb.
25 iyul tarixində Silopi ilə yanaşı daha 5 stansiyada temperatur 49 dərəcə və daha yüksək olub. Mardin vilayətinin Qızıltəpə rayonunda 49,6 dərəcə, Şırnakın Cizrə rayonunda 49,4 dərəcə, Mardinin Nusaybin rayonunda 49,3 dərəcə, Siirtin Kurtalan rayonunda 49,1 dərəcə, Şanlıurfa vilayətində yerləşən Ceylanpınar TİGEM stansiyasında isə 49 dərəcə temperatur qeydə alınıb.
Meteorologiya Baş İdarəsi iyul ayının son günlərində də yeni temperatur rekordlarının qeydə alına biləcəyi barədə əhaliyə xəbərdarlıq edib. Vətəndaşlara, xüsusilə xroniki xəstəlikləri olanlara, yaşlılara, hamilə qadınlara və uşaqlara günün ən isti saatları - 11:00-dan 16:00-a qədər açıq havada olmamaq tövsiyə olunub./Qaynarinfo
Paytaxt Bakıda ortaaylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel a

23 yaşlı Ağdam rayon sakini Qax Rayon Mərkəzi Xəstəxanasında həyatını

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr ara

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət

İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıql

"Allah mənə nəyi nəsib etdisə, rəva bildisə, harada, hansı məqamda

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərclər ilb�

Bakı Olimpiya Stadionunda keçiriləcək konsertlə bağlı nəqliyyat vasitəl

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı r

"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər.

Muğlanın Marmaris bölgəsində, qayıqda baş verən dava nəticəsində həy

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha d

Sosial şəbəkələrdə yayılan bir doğum haqqında şəhadətnamənin görü
