Qarpızdakı qorxulu təhlükə bunu etmədən əsla yeməyin!
Digərləri 26 İyl 2025 23:29:00 96 0
Mütəxəssislər xəbərdarlıq edir: Yuyulmadan kəsilən qarpız salmonella kimi bakteriyalarla qida zəhərlənməsinə səbəb ola bilər
Bu xəbəri də oxu: Bu BÜRCLƏRİN öyrənəcəyi həqiqət hər şeyi dəyişdirəcək
Yay aylarının ən çox istehlak edilən meyvələrindən biri olan qarpızın yuyulmadan kəsilərək yeyilməsi, ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. Bu barədə Necmettin Erbakan Universiteti Tibb Fakültəsinin qastroenterologiya üzrə mütəxəssisi professor Dr. Ali Demir xəbərdarlıq edib.
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prof. Dr. Demir bildirir ki, qarpız tarladan süfrəyə gələnədək üzərində müxtəlif mikroorqanizmlər daşıya bilər. Ona görə də bu meyvənin təmiz və gigiyenik şəkildə istehlak edilməsi mühümdür:
"Qarpız bildiyimiz kimi tarladan birbaşa süfrəyə gələn məhsuldur. Dolayısıyla, tarlada olan bütün mikrobları daşıması mümkündür. Əgər tarlalar çirkli sularla sulanırsa, bu, mikroorqanizm çeşidini və təhlükəsini artırır. Qarpızın üzərində gram-müsbət və gram-mənfi bakteriyalar, o cümlədən tifo və salmonella kimi bakteriyalar ola bilər."
Demir əlavə edib ki, qarpızın qabığında çat və ya zədə varsa, ya da yuyulmadan kəsilirsə, bu bakteriyalar meyvənin içərisinə keçə bilər:
"Kəsərkən qarpızın xarici səthi təmiz deyilsə, bıçaq vasitəsilə bakteriyalar içəriyə keçə bilər. Bu da həmin bakteriyaların bağırsaq sisteminə keçməsinə səbəb ola bilər. İnsanların ən çox qorxduğu xəstəliklərdən biri olan salmonella isə ishal, hərarət və tifo ilə nəticələnə bilər."
Demir bildirib ki, qarpız kəsildikdən sonra ən qısa müddətdə istehlak edilməlidir:
"Əgər qarpız tam yeyilməyəcəksə və saxlanılacaqsa, üzəri hava keçirməyəcək şəkildə örtülməlidir. 1-2 gün ərzində mütləq yeyilməlidir. Əks halda, qarpız bakteriya mənbəyinə çevrilə bilər."
O, həmçinin əlavə edib ki, kənar hissəsinin hava keçirməyəcək formada bağlanması qarpızın xarab olmasının qarşısını ala və qoruyucu təsir göstərə bilər.
Retroqrad Merkuri, Saturnun təsiri və Şir bürcündə Yeni Ay ortaya çıxan

Əlcəzair, Fransız diplomatik personalına liman və hava limanlarında veril�

Müğənni, Xalq artisti Aygün Kazımovanın qanunsuz olaraq Azərbaycandan Tü

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çör

Bəzi insanlar var ki, elə bil həyat boyunca uğur həmişə onların tərəfi

Son.az xəbər verir ki, tanınmış azərbaycanlı iş adamı İsgəndər Xəli

Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bi

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova ağır itki

Ağdam və Füzuli rayonlarının mürəkkəb relyefli dağlıq ərazilərində

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və qlobal sə

Türkiyənin məşhur aktrisası Meral Kaplan, Arnavutköy bölgəsində yerlə�

Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri iyu

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya

Mərhum meyxanaçı Aydın Xırdalanlının anası (Aydın Quliyev) Bikəxanım

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsin
