Sənədsiz evdə yaşayanların DİQQƏTİNƏ 15 gün vaxtınız var
Digərləri 23 İyl 2025 10:31:00 59 0
"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq".
Bu xəbəri də oxu: Günün qoroskopu: ruhunuz narahat ola bilər
Son.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, araşdırmanın nəticəsinə əsasən, təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək:
"Yəni, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə, o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq. Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir".
"İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış "Rəqə

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizin

Astroloji baxışa görə, bəzi bürclər hazırda həyatlarında böyük aydı

Hollivud aktyoru Bryus Uillisin səhhəti daha da pisləşib.

"Payız aylarında daşınmaz əmlak bazarında qiymət artımı son illər

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd k

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

Bu gün Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi

Müğənni Səidə Dadaşova illərdir anası Sədaqət Dadaşova ilə danışm�

Tavandakı borularla qurulan innovativ soyutma texnologiyası səssiz işləməs

Astroloqlar əhəmiyyətli peşəkar yüksəkliklərə çata bilən və çoxlu p

ABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərini

Yeməkdən sonra cəmi 30 dəqiqəlik gəzinti bağırsaq xərçəngi də daxil

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat El
