DYPdən motosiklet və skuter sürücülərinə


Digərləri 08 İyl 2025 11:45:00 67 0

DYPdən motosiklet və skuter sürücülərinə

Son illərdə ölkədə çatdırılma xidmətlərinə tələbatın artması ilə əlaqədar olaraq, küçə və prospektlərdə moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edən sürücülərin sayı da əhəmiyyətli dərəcədə artıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Son.az-a verilən xəbərə görə, bu nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşanlar da az deyil.

Bildirilib ki, nəticədə isə həm sürücülərin özləri, həm də digər yol hərəkət iştirakçıları ciddi təhlükə ilə üzləşir.

Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə çağırış edib:

"- Moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti iştirakçısı olduqlarını yaddan çıxarmamalı, digər avtonəqliyyat vasitələrinin sürücüləri kimi bütün qaydalara qeyd-şərtsiz əməl etməlidirlər. Svetoforun qadağanedici işığında hərəkət etmək, yolun əks istiqamətinə çıxmaq, piyadalara təhlükə yaratmaq yolverilməzdir.

- Motoşlem, dizlik, dirsəklik kimi qoruyucu vasitələrdən istifadə edilməlidir. Gecə saatlarında və məhdudiyyətli görünmə şəraitində üzərində işiqqaytarıcı elementlər olan geyimlərdən istifadə olunması tövsiyə edilir.

- Sürət həddinə əməl edilməli və manevr qaydalarına riayət olunmalıdır. Unutmayın ki, hər hansı sifarişi tez çatdırmaq üçün riskli manevrlər etmək, sürət həddini aşmaq sizin və digərlərinin həyatını üçün ciddi təhlükədir.

- Mobil telefon və ya digər bu tipli vasitələrdən istifadə hərəkət zamanı diqqəti yayındıran əsas səbəblərindəndir. Sürücü nəqliyyat vasitəsini idarə edərkən yalnız yola diqqət yetirilməlidir.

- Kuryer xidmətləri təşkil edən bütün hüquqi və fiziki şəxslər əməkdaşlığa cəlb etdikləri sürücüləri yol hərəkəti qaydaları ilə bağlı mütəmadi maarifləndirilməli, onların yalnız etibarlı və texniki cəhətdən saz nəqliyyat vasitələri ilə fəaliyyət göstərmələrini təmin edilməlidirlər.

- Təhlükəsizlik standartlarına cavab verən qoruyucu vasitələrlə təminat vacib şərtlərdən biri olmalı və kuryerlərə münasibətdə sürətli çatdırılma deyil, təhlükəsiz hərəkət prinsipi əsas tutulmalıdır".

"Bütün bizneslərim BATDI, böyük restoranım bağlandı" like
  • 08 İyl 11:33  
Şou-biznes "Bütün bizneslərim BATDI, böyük restoranım bağlandı"

Müğənni İbrahim Borçalı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Ermənistan parlamentində yenə dava düşdü like
  • 08 İyl 11:21  
Dünya Ermənistan parlamentində yenə dava düşdü

Ermənistan parlamenti "Hayastan" fraksiyasının deputatı Artur Sark

arrow Ətraflı
Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir like
  • 08 İyl 11:20  
Kriminal Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

arrow Ətraflı
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş like
  • 08 İyl 11:10  
Şou-biznes Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş

Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Rusl

arrow Ətraflı
"Bu, ABŞnin maraqlarına qarşıdır" like
  • 08 İyl 11:06  
Dünya "Bu, ABŞnin maraqlarına qarşıdır"

Donald Tramp BRİKS üzvü olan ölkələrinin ABŞ-nin maraqlarına qarşı �

arrow Ətraflı
20 yaşlı gənc faciəvi şəkildə öldü  FOTO like
  • 08 İyl 10:55  
Digərləri 20 yaşlı gənc faciəvi şəkildə öldü FOTO

Lənkəranda ötən axşam ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Hamilə qadınlara şad XƏBƏR: bu xidmətlər like
  • 08 İyl 10:44  
Digərləri Hamilə qadınlara şad XƏBƏR: bu xidmətlər

Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbi

arrow Ətraflı
Bakının bu ərazisi işıqsız qalacaq like
  • 08 İyl 10:43  
Digərləri Bakının bu ərazisi işıqsız qalacaq

Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerji

arrow Ətraflı
UNESCOnun 47ci sessiyası Parisdə başladı  FOTO like
  • 08 İyl 10:35  
Digərləri UNESCOnun 47ci sessiyası Parisdə başladı FOTO

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası Parisdə, UNESCO-nun m

arrow Ətraflı
Şəxsən mən rəhbərlik edəcəyəm  Paşinyan like
  • 08 İyl 10:22  
Dünya Şəxsən mən rəhbərlik edəcəyəm Paşinyan

Şəxsən anti-dövlət qruplaşması tərəfindən ələ keçirilən erməni ki

arrow Ətraflı
Bu tarixdən temperatur yüksələcək like
  • 08 İyl 10:21  
Digərləri Bu tarixdən temperatur yüksələcək

"Azərbaycan ərazisində son günlər müşahidə olunan nisbətən sərin

arrow Ətraflı
O da "Arka sokaklar"da rol alacaq  FOTO like
  • 08 İyl 10:11  
Şou-biznes O da "Arka sokaklar"da rol alacaq FOTO

Türkiyənin ən uzun ömürlü seriallarından olan "Arka sokaklar"a

arrow Ətraflı
Bu BÜRCLƏR təcili yay tətilinə çıxmalıdır  işigücü ATIN like
  • 08 İyl 09:51  
Digərləri Bu BÜRCLƏR təcili yay tətilinə çıxmalıdır işigücü ATIN

Son.az təcili Yay tətilinə çıxmalı olan bürcləri təqdim edir:

arrow Ətraflı
Azərbaycanda bu valyuta BAHALAŞDI like
  • 08 İyl 09:41  
Digərləri Azərbaycanda bu valyuta BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Azərbaycanlı müğənni kökəlib TANINMAZ HALA düşdü like
  • 08 İyl 09:23  
Şou-biznes Azərbaycanlı müğənni kökəlib TANINMAZ HALA düşdü

Sosial şəbəkələrdə yayılan görüntü marağa səbəb olub.

arrow Ətraflı