“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
Digərləri 07 İyl 2025 17:15:00 85 0
"Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
Bu xəbəri də oxu: Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır VİDEO
İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi uğurla davam etdirilir.
Layihə çərçivəsində bu dəfə ekokönüllülər tərəfindən müxtəlif məntəqələrdən ümumilikdə 96 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib. Toplama prosesində könüllülər Bakı şəhəri 19 nömrəli tam orta məktəb, "Araz" supermarketlər şəbəkəsinin Qutqaşınlı-2, Neftçilər və 8-ci mikrorayon-2 filialları, "Bravo" supermarketlər şəbəkəsinin Gənclik Mall filialı, eləcə də AccessBank-ın baş ofisi və digər məkanlarda fəal şəkildə iştirak ediblər.
Bu təşəbbüs ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətə ekoloji məsuliyyət hissinin formalaşdırılması və dayanıqlı yaşam vərdişlərinin təşviqi baxımından mühüm sosial çağırış xarakteri daşıyır.
Qeyd edək ki, "Red Hearts" - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Rusiyanın keçmiş Nəqliyyat Naziri Roman Staravoytun evindən meyiti tapılı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Şuşada xidmət zamanı ehtiyats

ABŞ prezidenti Donald Tramp BRICS siyasətini dəstəkləyən dövlətlərə qa

Türkiyəli məşhur müğənni Petek Dinçöz paytaxt Bakının qonağı olub

ABŞ-nin Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüs

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsi

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı ist

"Rəngarəng" verilişində gərgin anlar yaşanıb.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Beynəlxalq Yol Federasiyası tərə

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal B

Astroloqlar bu ayın ən şanslı bürcünü müəyyən ediblər.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın baş müşaviri Yiğit Bulutun v
