Yayda bu əşyaları maşında saxlamayın Partlaya bilər
Digərləri 06 İyl 2025 20:12:00 75 0
Yay aylarında yüksək temperatur səbəbilə avtomobildə unudulan bəzi əşyalar partlayış və ya yanğın riski yarada bilər.
Bu xəbəri də oxu: Bakıda ağac "Baku Bus" un üzərinə AŞDI
Son.az xəbər verir ki, mütəxəssislər bu mövzuda sürücüləri diqqətli olmağa çağırır.
İsti havalarda avtomobil salonunda temperatur 60-70 dərəcəyə qədər yüksələ bilər. Bu səbəbdən aşağıdakı əşyaların maşında qalması təhlükəli sayılır:
Aerosol spreylər - dezodorant, tük təmizləyici və digər basqılı qablar istidə genişlənərək partlaya bilər.
Powerbank və batareyalar - günəş şüası və yüksək temperatur bu cür cihazlarda qızma və partlama riskini artırır.
Qazlı içkilər - plastik və ya metal qablarda olan qazlı içkilər istidə təzyiqlə şişərək partlaya bilər.
Ətir və dezinfeksiyaedici spirtlər - tərkibində alkoqol olan bu mayelər asanlıqla alışa bilər.
Çakmak - kiçik ölçülü olsa da, yüksək istilikdə alışa və partlaya bilər.
Mobil telefon - günəş altında uzun müddət qalan telefon qızaraq zədələnə və ya alovlana bilər.
Plastik qablaşdırılmış dərmanlar - bəzi dərmanlar istidə təsirini itirir, bəziləri isə kimyəvi dəyişikliklər nəticəsində zərərli hala gələ bilər.
Mütəxəssislər sürücülərə günəşli və isti havalarda bu əşyaları avtomobildə qoymamağı tövsiyə edirlər. Təhlükənin qarşısını almaq üçün maşın park edilərkən kölgə yerlər seçilməli və zəruri hallarda salon havalandırılmalıdır.
ABŞ-də aparılan yeni tədqiqat göstərib ki, zeytun yağında olan təbii ma

Uzun müddətdir seriallarda rol almayan məşhur türkiyəli aktrisa Türkan Ş

Ermənistanın Baş naziri Nikol Paşinyan "Hraparak" qəzetini məhk�

İlon Maskın ən iddialı layihələrindən biri olan insanabənzər robot Opti

Alimlər Yer kürəsinin fırlanma sürətində gözlənilməz artım müşahid

Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb.

Türkiyənin Manavgat bölgəsində yerləşən "Land of Lions" adlı

6 iyul 2025-ci il tarixində əməliyyat bölgəsində aparılan axtarış zama

Soyuq duşun sağlamlığa təsirləri ilə bağlı maraq artmaqdadır. Araşdı

İyulun 6-da Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbay

Bir neçə gün əvvəl kiçik oğluna təmtəraqlı toy edən Çeçenistan rəh

Məşhur türkiyəli müğənni Əmrahın kiçik oğlunu görüntüsü viral olu

Qarqar çayının sağ sahilində, 6,4 hektar ərazidə Xankəndi Dəmir Yolu v�

Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılovanın keçmiş əri Ramil V

Bakı Sürət Festivalının qalibləri müəyyən olunub.
