Azərbaycanın qızıl bazarında vəziyyət necədir?


Digərləri 06 İyl 2025 08:48:00 79 0

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləri olmadığı üçün qızıl zinət əşyalarına maraq olmadığı üçün bu zinət bazarına da təsirsiz ötüşmür.

Mövzu ilə bağlı Trend-ə danışan Qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov bildirib ki, Azərbaycanda qiymətli metallar və zərgərlik məhsulları bazarında qiymətlərin formalaşmasına müxtəlif faktorlar təsir göstərir.

Araşdırmalar göstərir ki, qızılın qiyməti mövsümi və lokal mədəni təsirlərdən daha çox qlobal iqtisadi proseslərə bağlı şəkildə dəyişir.

Onun sözlərinə görə, qızılın bir unsiyasının dünya birjalarındakı qiyməti əsasən ABŞ və Çin kimi aparıcı ölkələr arasında baş verən iqtisadi münasibətlər, mərkəzi bankların qızıl ehtiyatlarına dair qərarları, faiz siyasətləri, geosiyasi risklər və investorların riskdən qaçma meyilləri fonunda formalaşır:

"Eyni zamanda, Yaxın Şərqdəki siyasi qeyri-sabitlik, enerji bazarlarında qeyri-müəyyənliklər və beynəlxalq valyuta dəyişkənliyi də qiymətlərin qlobal səviyyədə hərəkətinə təsir edən əsas amillərdəndir.

Məhərrəmlik ayı isə Azərbaycan daxilində qiymətli metal bazarının ticarət dövriyyəsinə mövsümi təsir göstərsə də, bu dövr qiymətlərin dəyişməsinə səbəb olmur. Qiymətlərdə kəskin artım və ya eniş müşahidə edilmir; qiymət dinamikası əsasən qlobal trendlərlə müəyyənləşir. Bu dövrdə yalnız alıcılıq fəallığı azalır, bazarda nisbi durğunluq müşahidə olunur. Bu səbəbdən Məhərrəmlik ayı qiymət göstəricilərindən çox ticarət dövriyyəsinə və satış həcmindəki müvəqqəti azalmaya təsir edən faktor kimi qiymətləndirilə bilər".

Zərgərlik bazarında mövsümi eniş: Məhərrəmlik ayı satışlara necə təsir edir?

R.Əmircanov qeyd edib ki, Azərbaycan Zərgərlər Assosiasiyasının apardığı müşahidə və təhlillərə əsasən, ölkədə zərgərlik məhsullarının satışı əsasən toy mövsümünə bağlıdır:

"Toy və nişan mərasimlərində qızıl zinət əşyaları - xüsusilə də dəst komplektlər, qolbaq, sırğa, üzük və boyunbağı kimi məmulatlar - ənənəvi olaraq xüsusi yer tutur və bu mərasimlər satışların əsas həcmini müəyyənləşdirir.

Zərgərlik bazarında satışların strukturunda bu cür ailəvi mərasimlərin əhəmiyyətli yeri olduğundan, onların azalması və ya müvəqqəti dayandırılması satış göstəricilərində ciddi eniş yaradır. Bu baxımdan, Məhərrəmlik ayı ən bariz mövsümi durğunluq dövrü kimi qeyd olunur. Bu müddətdə ictimai davranışlar və ailəvi tədbirlərin keçirilməməsi fonunda zərgərlik məmulatlarına olan tələbat təqribən 50-60% azalır".

Müsahibimiz vurğulayıb ki, qeyd olunan eniş istehsal və satış sahəsində fəaliyyət göstərən sahibkarların dövriyyəsinə təsir etməklə yanaşı, sektorda ümumi iqtisadi aktivliyi də aşağı salır:

"Əsasən topdansatış və pərakəndə ticarətlə məşğul olan obyektlərdə bu dövrdə məhsul yenilənməsi və sifariş axını zəifləyir. Bununla belə, qiymət strategiyalarında ciddi dəyişikliklər müşahidə olunmur. Satışın azalması daha çox davranış və tələbatın təxirə salınması ilə izah olunur, qiymət azalması ilə deyil.

Maraqlı məqam odur ki, bu mövsümi enişin səbəbi sırf dini və mədəni təqvimlə bağlı olsa da, onun iqtisadi nəticələri kifayət qədər ölçülə biləndir. Bazarda baş verən bu müvəqqəti passivlik dövrü planlama baxımından həm satıcıların, həm də istehsalçıların nəzərə almalı olduğu bir mərhələdir".

"Nəticə olara onu deyə bilərik ki, Azərbaycanda zərgərlik sektorunun fəaliyyəti təkcə qlobal iqtisadi hadisələrdən deyil, eyni zamanda daxili sosial və mədəni faktorlarla da sıx şəkildə bağlıdır. Məhərrəmlik ayı bu baxımdan zərgərlik bazarında ən nəzərəçarpacaq mövsümi eniş dövrü kimi çıxış edir. Satışların azalmasına baxmayaraq, qiymətlər sabit qalır və bu da göstərir ki, qiymətli metallarla bağlı qiymət mexanizmi qlobal bazarın əsas göstəricilərinə bağlı olaraq fəaliyyət göstərir.

Sektor iştirakçıları üçün belə dövrlərin düzgün planlanması və strateji hazırlıq tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsb edir. Mövsümi eniş dövrləri həm də bazar üçün təhlil və yenidən qiymətləndirmə imkanı yaradır"-R.Əmircanov deyib.  

“Anar dedi ki, “Arşın mal alan”a çəkilsən, film batacaq like
  • 06 İyl 08:08  
Şou-biznes “Anar dedi ki, “Arşın mal alan”a çəkilsən, film batacaq

Xalq artisti Leyla Şıxlinskaya "Arşın mal alan" filmi ilə bağlı

arrow Ətraflı
İyulda şəxsi həyatlarında köklü dəyişiklik yaşayacaq BÜRCLƏR like
  • 06 İyl 07:07  
Digərləri İyulda şəxsi həyatlarında köklü dəyişiklik yaşayacaq BÜRCLƏR

2025-ci ilin iyul ayı bəzi bürclər üçün şəxsi münasibətlərdə, sevgi

arrow Ətraflı
Geyimlərinin qiyməti ilə gündəm olan xanəndənin sərvət dəyərində AVTOMOBİLİ like
  • 06 İyl 06:06  
Şou-biznes Geyimlərinin qiyməti ilə gündəm olan xanəndənin sərvət dəyərində AVTOMOBİLİ

Son zamanlar bahalı geyimləri ilə gündəmdə olan müğənni Kəmalə Nəsib

arrow Ətraflı
Adolf Hitler və məşuqəsi qəribə münasibətlərinin HEKAYƏSİ like
  • 06 İyl 05:05  
Digərləri Adolf Hitler və məşuqəsi qəribə münasibətlərinin HEKAYƏSİ

Alman diktatoru ilə həyat yoldaşı arasındakı münasibətlərin tarixinə n

arrow Ətraflı
Düyü ilə bu məhsulları qəti yemək olmaz like
  • 06 İyl 04:04  
Digərləri Düyü ilə bu məhsulları qəti yemək olmaz

Dietoloqlar xəbərdarlıq edir ki, düyünün bəzi məhsullarla birlikdə qəb

arrow Ətraflı
Müjgan Ayxanın geyimi müzakirələr yaratdı like
  • 06 İyl 03:03  
Şou-biznes Müjgan Ayxanın geyimi müzakirələr yaratdı

Foto model və müğənni Müjgan Ayxan yeni görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
Evin ən çirkli yerləridir  heç ağlımıza gəlməyib like
  • 06 İyl 02:02  
Digərləri Evin ən çirkli yerləridir heç ağlımıza gəlməyib

Siz tualet və əl-üz yuyulanı mütəmadi təmizləyirsiniz, amma evinizdə ə

arrow Ətraflı
Bu məşhurun 53 yaşı var  qızlarından seçilmir like
  • 06 İyl 01:01  
Şou-biznes Bu məşhurun 53 yaşı var qızlarından seçilmir

Türkiyəli məşhur aktrisa, aparıcı və  müğənni aktrisası Defne Sam

arrow Ətraflı
Günün qoroskopu: Gözlənilməz xəbərlər alacaqsınız like
  • 06 İyl 00:01  
Digərləri Günün qoroskopu: Gözlənilməz xəbərlər alacaqsınız

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Rusiyada mobil internet söndürüldü like
  • 05 İyl 23:56  
Digərləri Rusiyada mobil internet söndürüldü

Bu gün Rusiyada dron hücumları səbəbilə mobil internet söndürülüb.

arrow Ətraflı
Bakıda insanlar təşviş içində  küçəni bürüyən bu canlılar nədir? like
  • 05 İyl 23:23  
Digərləri Bakıda insanlar təşviş içində küçəni bürüyən bu canlılar nədir?

Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yaşayan sakinlər a�

arrow Ətraflı
Ərdoğan “Togg”un yeni modelini test etdi like
  • 05 İyl 23:00  
Digərləri Ərdoğan “Togg”un yeni modelini test etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda yerli və milli isteh

arrow Ətraflı
Su anbarında boğularaq ölən yeniyetmənin like
  • 05 İyl 22:42  
Digərləri Su anbarında boğularaq ölən yeniyetmənin

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Astarada 15 yaşlı Murad Ramin oğlu

arrow Ətraflı
Yayda görünməz təhlükədən necə qorunaq? like
  • 05 İyl 22:32  
Digərləri Yayda görünməz təhlükədən necə qorunaq?

Yay mövsümündə arı, ağcaqanad, gənə və digər həşəratların fəallı

arrow Ətraflı
Ulvira Qarayevaya vəzifə verildi  FOTO like
  • 05 İyl 21:57  
Şou-biznes Ulvira Qarayevaya vəzifə verildi FOTO

Jurnalist Ulvira Qarayevaya vəzifə verilib.

arrow Ətraflı