ECOnun 17ci Zirvə görüşü Azərbaycanın siyasi gücünün beynəlxalq səviyyədə təsdiqidir –
Digərləri 05 İyl 2025 11:59:00 80 0
Prezident İlham Əliyevin iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışı strateji, siyasi və iqtisadi mesajlarla zəngindir və həm daxili, həm də beynəlxalq auditoriya üçün çoxşaxəli əhəmiyyət daşıyır.
Bu xəbəri də oxu: Ağır QƏZA: yaralılardan ikisi azyaşlıdır
Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən Zirvə görüşündəki çıxışı, sadəcə bir beynəlxalq tədbirdə iştirak deyil, həm də böyük bir tarixi dönüş nöqtəsinin nümayişi kimi qiymətləndirilə bilər.
"Uzun illər işğal altında qalmış və separatizmin mərkəzi sayılan bir şəhərdə bu cür yüksək səviyyəli tədbirin keçirilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını beynəlxalq aləmə rəsmən bəyan etməsidir.
Zirvə görüşünün Xankəndidə təşkili təsadüfi deyil. Bu addım Azərbaycanın bölgədə yeni reallıqlar yaratdığını və bu reallıqları beynəlxalq platformalara daşıdığını göstərir. Burada məqsəd sadəcə infrastrukturu nümayiş etdirmək deyil, geosiyasi mesaj verməkdir: Bura Azərbaycandır və bundan sonra da belə olacaq", - deyə deputat bildirib.
S.Mikayılova əlavə edib ki, Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, məscidlərin təhqir edilməsi, qəbiristanlıqların məhv edilməsi təkcə maddi deyil, mədəni və dini soyqırımı nümunəsidir.
"Prezident İlham Əliyev bu faktları gündəmə gətirərək, beynəlxalq ictimaiyyəti ədalətli yanaşma və obyektiv mövqe sərgiləməyə çağırır. Çıxışın iqtisadi hissəsində Prezident İlham Əliyev Azərbaycanın enerji və nəqliyyat sahələrində regional liderlik rolunu önə çəkdi. 12 ölkəyə qaz ixracı və Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində mühüm tranzit ölkə olması Azərbaycanın strateji əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, COP29-un Azərbaycanda keçirilməsi və bu tədbirdə əldə edilən uğurlar ölkənin qlobal iqlim liderliyi üçün yeni imkanlar açır".
Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetm

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Rusiyanın Orenburq şəhər məhkəməsi "Zaur Naxçıvanski" kimi

Amerikalı reper Post Malon Arizona ştatında verdiyi konsert zamanı səhnəd

Texas ştatının mərkəzində baş verən güclü daşqın nəticəsində azı

Cənubi Qafqaz 2025-ci ilin ikinci yarısına ciddi geosiyasi çağırışlar v�

İnsanlar çox vaxt xoşbəxtliyi pulda, uğurda və ya məşhurluqda axtarır.

İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazl

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezid

Mühərrikin yağ qapağı ilə edilə biləcək sadə testlər mühərrikin və

İyulun 4-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən ba�

"Yeni Vanqa" Ryo Tatsuki kitabının 5 iyul 2025-ci il tarixində Qiya

Ulu Öndərin adını daşıyan Akademiyanın məzunları olan gənc zabitlər f

Böyük Britaniyada unikal boğuq səs simptomu ilə müşahidə olunan yeni &qu
