Yekaterinburqda baş verənlərlə bağlı cinayət işi açılıb
Digərləri 01 İyl 2025 13:05:00 78 0
Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri faktı üzrə cinayət işi başlanıb.
Bu xəbəri də oxu: Qohumla yenidən qohum olmaq istəyənlərin dövrü bitdi Əks halda ağır nəticələr gözləyir!
Bu barədə Son.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilir ki, Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən cinayət işi başlanıb.
İlkin istintaqla müəyyən edilmişdir ki, İyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekatirunburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və azərbaycan əsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.
Rusiya Federasiyasının adları qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və azərbaycan əsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyyətlərinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulmuş və ağır bədən xəsarətləri yetirilmişdir.
Nəticədə 1966-cı il təvəllüdlü - 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı - 1970-ci il təvəllüdlü - 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülmüşdür.
İstintaq zamanı təyin edilmiş Məhkəmə tibbi-ekspertizasının rəyinə əsasən Səfərov Hüseyn Mehti oğluna yetirilmiş çoxsaylı xəsarətlər, o cümldən qabırğaların çoxsaylı sınıqları və sair fonunda yaranmış postravmatik və posthemorrogik şok nəticəsində, sonuncunun qardaşı 10.12.1970-ci il təvəllüdlü Səfərov Ziyəddin Mehti oğlu isə ona yetirilmiş çoxsaylı xəsarətlər fonunda yaranmış postravmatik şok nəticəsində öldürülmüşdür.
Xəbər verdiyimiz kimi, bu gündən qohum evliliyi ilə bağlı qadağa qüvvə

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Val

Onlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müşt�

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Ax, Rusiya... Əvvəl istəyir ki, hamı onlardan qorxsun, sonra isə rusofobiya

Braziliyalı məşhur UFC ring qızı və aparıcısı Jhenny Andrade, Bakıda k

Rusiyanın Yekaterinburq şəhərində daha bir azərbaycanlı şəxsə hücum

Bu ay son on ilin ən irimiqyaslı və ən aqressiv anti-Azərbaycan kampaniyala

İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Jurnalist Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Ra

Ziyəddin Səfərovun ölüm səbəbi Rusiyada edilən ekspertiza zamanı ürək

Türkiyədə marketlərin birində qəribə anlar yaşanıb. Market sahibi yan�

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaş

"Google", "Android" istifadəçilərinin "Gmail" t

ABŞ-da kişilər arasında sümük əriməsi xəstəliyi olan osteoporozun yay�
