İlham Rəhimov Yekaterinburq hadisəsindən danışdı "Bütün imkanlarımdan istifadə edəcəyəm"
Digərləri 29 İyn 2025 15:52:00 57 0
Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən hadisəylə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb.
Bu xəbəri də oxu: Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi
Professor İlham Rəhimov news24.az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə tələb edir.
İlham Rəhimov bildirib ki, hadisədən xəbər tutan kimi dünən Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə ətraflı məlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.
Professor İlham Rəhimov baş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiyanın hüquq- mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edəcəyini bildirib. O hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nufuzundan istifadə edəcəyini də qeyd edib.
Professor İlham Rəhimov eyni zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə xidmət edən hərəkətlərdən yayınmağın vacib olduğunu ifadə etdi.
Osmanlı imperiyasında yalnız xalq inancı kimi qəbul edilən "hortlak&q

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərd

Rusiyalı aktyor Vadim Alferov Ukraynada aparılan hərbi əməliyyatlar zamanı

Xəbər verildiyi kimi, Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətə

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İnsan beyninin sirrlərlə dolu olduğu çoxdan məlumdur, lakin son elmi araş

Bəzən insanlar uzun illər birlikdə yaşayır, amma artıq bir-birlərinə se

Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i

Azərbaycanda taksi xidmətlərinin sayı hər keçən gün artır. Yeni taksi �

Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) məlumatına görə

Məktəblərdə tətil dövrü şagirdlər üçün istirahət və yenilənmə im

"Kardeşlerim" serialının aktyoru Eren Örenin yeni layihəsi bəlli
