Bu gün imtahan var
Digərləri 29 İyn 2025 09:35:00 73 0
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.
Bu xəbəri də oxu: Arıqlama dərmanlarının ölümcül təsirləri: Mütəxəssislərdən xəbərdarlıq
DİM-dən Son.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmaycaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- şəxsiyyət vəsiqəsində şəkli olmayanlar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Test imtahanında 30 tapşırıq təqdim olunacaq:
- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
- oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.
İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazi

Balıq, sarımsaq, soğan və dəniz məhsulları mətbəxdə dadla yanaşı, da

Müğənni Zamiq Hüseynov qazancını nəyə xərclədiyini açıqlayıb.

Kirayəsi baha, alışı isə dodaq uçuqladan gəlin libasları...

Son dövrlər arıqlamaq istəyən insanlar arasında sürətlə populyarlaşan

Hazırda məişətdə, işdə hər yerdə ən geniş şəkildə istifadə etdiyi

Yapon tədqiqatçıları C vitamininin dərinin qocalmasını necə ləngidə bi

UF Health-in yeni araşdırması bəzi qoxuların niyə iyrənc olduğunu və be

Yay aylarında gənə təhlükəsi artır. Xüsusilə açıq havada daha çox va

Son illərdə daha çox gəncdə rast gəlinən aqressiv xərçəng növü - ape

İstehsalçı zavodun tələbinə uyğun yağ tökülmədikdə avtomobilin müh�

Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda təkcə Səfərovların evl�

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
