Azərbaycandan İrana gedənlər çoxalıb


Digərləri 25 İyn 2025 22:43:00 73 0

Azərbaycandan İrana gedənlər çoxalıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Son.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən məlumat yayıb.

Ölkəyə gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,2 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,5 dəfə, Tacikistandan - 1,7 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 44,3 faiz, Qırğızıstandan - 39,5 faiz, Yaponiyadan - 35,4 faiz, Pakistandan - 21,1 faiz, Qazaxıstandan - 20,4 faiz, Cənubi Koreyadan - 18,2 faiz, Niderlanddan - 17,7 faiz, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən - 17,5 faiz, Kanadadan - 17,0 faiz, ABŞ-dan - 16,0 faiz, İspaniyadan - 15,7 faiz, Hindistandan - 15,1 faiz, İtaliyadan - 13,2 faiz, Misirdən - 10,6 faiz artıb.                               

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,9 faiz artaraq 39,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 faiz azalaraq 153,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 326,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,4 faiz artaraq 460,5 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 807,6 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə  25,3 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 16,4 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,8 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib. (Modern.az)  

Talıb Talenin xanımına qoyduğu qadağa like
  • 25 İyn 22:29  
Şou-biznes Talıb Talenin xanımına qoyduğu qadağa

Müğənni Talıb Tale həyat yoldaşına qoyduğu şərtlərdən danışıb.

arrow Ətraflı
Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ like
  • 25 İyn 22:14  
Dünya Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ

Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik qida məhsullar�

arrow Ətraflı
Belə yuxular görənlər tez ölür like
  • 25 İyn 22:00  
Digərləri Belə yuxular görənlər tez ölür

Yeni elmi araşdırmaya görə tez-tez kabus görən şəxslər daha erkən yaş

arrow Ətraflı
Sertifikasiya başa çatdı: 7 müəllimin nəticəsi like
  • 25 İyn 21:57  
Digərləri Sertifikasiya başa çatdı: 7 müəllimin nəticəsi

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtah

arrow Ətraflı
Bu türk dövləti rus dilindən imtina edir like
  • 25 İyn 21:39  
Dünya Bu türk dövləti rus dilindən imtina edir

MDB ölkələrindən birində - Qırğızıstanda rus dilində yayımı məhdudl

arrow Ətraflı
Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı like
  • 25 İyn 21:28  
Digərləri Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə ba

arrow Ətraflı
"Sancı hiss etmədən də infarkt keçirmək olur"  Həkimdən xəbərdarlıq like
  • 25 İyn 20:51  
Digərləri "Sancı hiss etmədən də infarkt keçirmək olur" Həkimdən xəbərdarlıq

İnfarkt yalnız sinə ağrısı ilə deyil, bel ağrısı, nəfəs darlığı,

arrow Ətraflı
Ürfan Atakişiyev yüksək vəzifə verildi like
  • 25 İyn 20:23  
Digərləri Ürfan Atakişiyev yüksək vəzifə verildi

"AZCON Holding"in şirkətlərindən olan "Azərbaycan Dəmir Yol

arrow Ətraflı
Müğənnilər geyimlərinin qiyməti ilə sizi like
  • 25 İyn 20:00  
Şou-biznes Müğənnilər geyimlərinin qiyməti ilə sizi

Son illərdə Azərbaycan şou-biznesində təkcə səsləri ilə deyil, dəbdə

arrow Ətraflı
Təbriz Əmmayevə yüksək vəzifə verildi like
  • 25 İyn 19:46  
Digərləri Təbriz Əmmayevə yüksək vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İB-nin ba�

arrow Ətraflı
Polis bu qadını axtarır like
  • 25 İyn 19:44  
Digərləri Polis bu qadını axtarır

Goranboyda qadın itkin düşüb.

arrow Ətraflı
"Pozğun qadınlardan pul qazanan ərlər susur" like
  • 25 İyn 19:33  
Şou-biznes "Pozğun qadınlardan pul qazanan ərlər susur"

"Hər kim nə danışırsa, onu qınayırlarsa, qınayanlar yox, özü gün

arrow Ətraflı
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... like
  • 25 İyn 19:12  
Digərləri Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası...

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Vaçikovna A

arrow Ətraflı
Baydenin əvəzinə sənədlərə o imza atırmış – TƏFƏRRÜAT like
  • 25 İyn 19:10  
Dünya Baydenin əvəzinə sənədlərə o imza atırmış – TƏFƏRRÜAT

ABŞ Prezidenti Co Baydenin adından sənədlərin avtomatik imzalanması proses

arrow Ətraflı