Genişzolaqlı internetdən nə üçün tam faydalana bilmirik? MÜSAHİBƏ
Digərləri 24 İyn 2025 15:41:00 69 0
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov genişzolaqlı internet xidmətlərinin inkişaf etdirilməsi və istifadəçilərin tam faydalanması üçün bir sıra məqamlara aydınlıq gətirib.
Bu xəbəri də oxu: Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Elvin müəllim, iyun ayında 2 dəfə uzunmüddətli tətil günləri oldu və insanlar bundan istifadə edərək əsasən də regionlara üz tutdular. Otellər və qonaq evlərində yüksək doluluq müşahidə edildi. Ötən illərə nisbətən internetlə bağlı şikayətlər azalsa da yenə aktuallığını qorudu. Bunun səbəbi nədir?
Bu gün bütün ölkəni əhatə edən fiboroptik şəbəkə qurulub. Başqa sözlə desək genişzolaqlı internet üçün infrastruktur problemi həllini tapıb. Fiberoptik şəbəkəyə qoşulan təssərüfat sayı da kifayət qədər artıb. Azərbaycan son 4 ildə genişzolaqlı internetin sürətində bütün beynəlxalq hesabatlarda artan dinamika nümayiş etdirir. Bu dinamikanın əsas səbəbi "Onlayn Azərbaycan" layihəsidir. Xatırladım ki, lahiyə müddətində ölkə üzrə ev və biznes təssərüfatlarının genişzolaqlı internetə çıxışı 13 dəfə artırlıb və 230 mindən 4 il ərzində 3 milyona çatdırılıb. Bir sözlə kifayət qədər iri miqyaslı işlər həyata keçirilib.
Ancaq təssüflər olsun ki, hər il turizm mövsümü başlayanda və bitəndə mən və digər mütəxəssislər bu sualları cavablamaq məcburiyyətində qalırıq. Problemin əsas səbəbi provayderlər yox məhz otel və qonaq evlərinin yanaşmasındadır.
Təəsüf hissi ilə bildirməliyəm ki, otelyerlər müştəri məmuniyyəti mövzusuna ciddi yanaşmırlar. Onların xidmət inventarına genişzolaqlı internetlə müştərilərin təmin edilməsi də daxil olmalıdır. Bunun üçün həmin müəsisələrin daxilin tələb olunan internet ehtiyacına uyğun infrastruktur qurulmalıdır. Başqa sözlə desək, otelə gələn turistlərin sayı və cihaz istifadə statistikası nəzərə alınaraq yüksək sürətli və genişzolaqlı internet təminatı olmalıdır. Hər otağa düşən minimal sürət və bant genişliyi əvvəlcədən hesablanmalıdır.
Xüsusilə çoxmərtəbəli və geniş sahəyə malik otellərdə mesh sistemlər və ya çoxlu sayda Access Point (AP) yerləşdirmək vacibdir. Bu cihazlar otaqlar, dəhlizlər, lobi və restoran kimi ümumi sahələrdə stabil və güclü siqnal verir. Sadəcə ümumi zonalarda deyil, hər otaqda eyni keyfiyyətdə internet olmalıdır. Divarların qalınlığı və tikilinin planı nəzərə alınaraq siqnal gücləndiricilərdən istifadə oluna bilər.
Bunlar həyata keçirilmədikdə əlbətdə ki, qonaqlar otelin bütün ərazisində internetdən eyni keyfiyyətdə faydalana bilmirlər.
Bu daxili infrastrukturun qurulması və dəstəklənməsi üçün insan və maddi resusların cəlbi nə dərəcədə əlverişlidir?
Burada ilk müraciət edəcəkləri ünvan əlbətdəki interneti xidmətini təmin edən provayderdir. Hər bir provayder istifadəçisinin onun təqdim etdiyi xidmətdən razı qalmasını istəyər. Provayderlər konsultasiya verməkdə və infrsatrukturun dəstəklənməsində maraqlıdırlar. Böyük otellərdə bu infrastrukturu dəstəkləyənə əməkdaşlar hər zaman ştata daxil olduğundan prosesin bu mərhələsində maliyyə resurslarının cəlb edilməsinə ehtiyyac yoxdur. Avropada bəzi otellərdə internetin ödənişli olması təcrübəsi hələ də mövcuddur. Xüsusilə də lüks və biznes kateqoriyalı otellərdə bu hallar daha çox rast gəlinir. Otellər bəzən interneti əlavə xidmət kimi təqdim edir və bu yolla əlavə gəlir əldə etməyə çalışırlar. Adətən pulsuz Wi-Fi ümumi istifadə sahələrində (lobby, restoran və s.) təqdim olunur, lakin otaqlarda sürətli və limitsiz internet üçün simvolik də olsa əlavə ödəniş tələb oluna bilər. Bu da öz növbəsində avadanlıqlara xərclənmiş vəsaiti kifayət qədər qısa müddətdə qarşlamış olacaq.
Niderland və Ukrayna 600 min pilotsuz uçuş aparatının (PUA) istehsalını n

"Apple" şirkəti 2025-ci ilin sentyabr ayında təqdim etməyi planla

Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələ

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərind�

Azərbaycanda maşın bazarına gedənlərin sayı azalıb. Artıq maşın bazar

"ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbənin qanuniliyi Ko

Ukraynanın Dnepropetrovsk bölgəsində Rusiya ordusunun sərnişin qatarına r

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.

ABŞ-nin Qətərdəki hərbi bazasına raket zərbələrinin endirilməsinə cav

Bakının mərkəzində çəkilən görüntü diqqət çəkib.

Rusiyanın Dolqoprudnı şəhərində keçirilən toy mərasimi faciə ilə nət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

İsrailin Tehrana endirdiyi hava zərbəsi nəticəsində tanınmış iranlı n�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçev
