Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi Nə baş verib?
Digərləri 22 İyn 2025 13:11:00 83 0
Rusiya Milli Qvardiyasının(Rosqvardiya) Novosibirsk vilayəti üzrə təhlükəsizlik idarəsinin rəisi, azərbaycanlı polkovnik Rövşən Qurbanov rüşvət alarkən saxlanılıb.
Bu xəbəri də oxu: “Netanyahu gedəcək, amma İran qalacaq” Medvedev
Son.az Musavat.com-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsi ilə cinayət işi açılıb. Bu maddə ilə nəzərdə tutulmuş cəza 7 ildən 10 iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Zayeltsovski Məhkəməsi R.Qurbanov barəsində iki ay müddətinə həbs qərarı verib.
Rövşən Qurbanov 2017-ci ildən Rusiya Milli Qvardiyasının mühafizə bölməsinə rəhbərlik edib. Polkovnik buna qədər Novosibirsk mühafizə idarəsinin 1 saylı polis batalyonuna komandirlik edib. R. Qurbanovun tabeliyində olan şəxslərin himayəsində Sberbank, Aura ticarət mərkəzi, Mərkəzi bazar, Yupiter ticarət mərkəzi, Moskva ticarət mərkəzi, Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrı, Prezidentin Sibir Federal Dairəsindəki nümayəndəliyi, regional hökumət, Mərkəzi Bank filialının binası olub.
Rövşən Qurbanovun tərcümeyi-halında heç bir "qara ləkə" yoxdur. 1990-cı ildə Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Komandanlıq Məktəbinə, indiki Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Ordu generalı Yakovlev adına Novosibirsk Hərbi İnstitutuna daxil olub. 1995-ci ildə ailə problemlərinə görə ordudan gedib, iki il Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyində işləyib, sonra isə Rosqvardiyanın mühafizə xidmətinə keçib.
Rusiya mediası R. Qurbanovun adının bir neçə il əvvəl verdiyi sərəncamı da yada salır. Belə ki, o, tabeliyində olan işçilərin 200-dən çox ölkəyə tətilə getməsini qadağan edib. İnternetdə yayılan sərəncamında deyilirdi ki, Rosqvardiya işçiləri tətil üçün təhlükəsiz ölkələr seçməlidir. Qurbanovun sərəncamına görə belə yerlər yalnız Azərbaycan, Belarus, Vyetnam, İndoneziya (Bali adası), Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, BƏƏ, Tacikistan, Türkmənistan və Özbəkistan ola bilər.
Bakıda "İmperator Hall" şadlıq sarayında toy zamanı dava düşü

Cari ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat ş

İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

Fransanın paytaxtı Parisdə son günlərdə baş qaldıran genişmiqyaslı iğ

İngiltərədə botoks etdirən azı 14 nəfər danışıq çətinliyi, udqunma

İsrail Hərbi Hava Qüvvələri İranın qərb bölgəsində yerləşən hərbi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

İsrail Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İranın qərbind�

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası sabah �

ABŞ Hərbi Hava Qüvvələrinin bu gün İranın Fordo, Natanz və İsfahandak�

Türkiyəli aktrisa Pelin Uluksar yeni sevgilisi ilə görüntülənib.

Hövsan Dəniz Gömrük Postunun rəisi Fərid Usubov sərəncama götürülüb.

ABŞ-ın İran ərazisinə endirdiyi hərbi zərbələr beynəlxalq hüquq və B
