Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar FOTO


Digərləri 21 İyn 2025 13:30:00 71 0

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar  FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərində olublar.

Bu xəbəri də oxu: Azərbaycana yay fəsli daxil olub

Trend-in yerli müxbiri xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

Nümayəndə heyətinin Şuşa ilə tanışlığı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyindən başlayıb. Onlara məlumat verilib ki, Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdu.

Şuşa şəhəri işğaldan azad olunandan sonra bir sıra tarixi binalar kimi Üzeyir Hacıbəylinin ev-muzeyi də bərpa olunub. Muzey binasında Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

Nümayəndə heyəti sonra "Şirin su" hamamına baxış keçiriblər. Məlumat verilib ki, "Şirin su" hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam "Şirin su" hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra "Şirin su" hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə tikililər aparılıb, hamam yararsız vəziyyətə salınmışdı. Şirin su hamamı 2022-2024-cü illərdə bərpa olunub.

Merdinli məhəlləsinə gələn qonaqlara məlumat verilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış Merdinli məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Şuşa şəhərinin digər tarixi məkanları kimi, Merdinli məhəlləsi də erməni vandalizminə məruz qalıb.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, bu küçədə dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşa daşlarından istifadə olunaraq, Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılır. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

Arzuxanımın qanında narkotik aşkarlanıb  Polisdən açıqlama like
  • 21 İyn 13:14  
Şou-biznes Arzuxanımın qanında narkotik aşkarlanıb Polisdən açıqlama

Müğənni Arzuxanım Həsənova bir il əvvəl həbs edilibmiş.

arrow Ətraflı
Bakıda taksi sürücülərindən iyrənc hərəkət  Biri çay, biri ev təklif etdi  VİDEO like
  • 21 İyn 13:12  
Digərləri Bakıda taksi sürücülərindən iyrənc hərəkət Biri çay, biri ev təklif etdi VİDEO

Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinl

arrow Ətraflı
Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda əlavə ediləcək like
  • 21 İyn 13:02  
Digərləri Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda əlavə ediləcək

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi

arrow Ətraflı
Bakı Avrasiyanın nəqliyyat "qəlbi"nə çevrilir like
  • 21 İyn 13:00  
Siyasət Bakı Avrasiyanın nəqliyyat "qəlbi"nə çevrilir

Köhnə dünya nizamı geosiyasi ziddiyyətlərin ağırlığı altında çökm�

arrow Ətraflı
Parlamentdə deputatlar arasında dava düşdü  FOTO like
  • 21 İyn 12:58  
Digərləri Parlamentdə deputatlar arasında dava düşdü FOTO

"Qüdrət müəllim burada muxtariyyət məsələsini qaldırdı. Siz bu m�

arrow Ətraflı
İstirahət gününün hava proqnozu açıqlandı like
  • 21 İyn 12:55  
Digərləri İstirahət gününün hava proqnozu açıqlandı

İyunun 22-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin pensiyaya çıxma yaşı artırılır like
  • 21 İyn 12:52  
Digərləri Azərbaycanda bu şəxslərin pensiyaya çıxma yaşı artırılır

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

arrow Ətraflı
Tutduğu balıqla bir gecədə milyonçu oldu  FOTO like
  • 21 İyn 12:48  
Dünya Tutduğu balıqla bir gecədə milyonçu oldu FOTO

Hindistanın Odişa ştatında balıqçı kişi nadir rast gəlinən çox sayda

arrow Ətraflı
"Apple" Trampın bu tələbinə qarşı çıxdı like
  • 21 İyn 12:24  
Digərləri "Apple" Trampın bu tələbinə qarşı çıxdı

Tayvanın elektronika istehsalçısı "Foxconn" Hindistanda "Appl

arrow Ətraflı
Bu şəxslər Şimali Makedoniyaya vizasız gedə biləcək like
  • 21 İyn 12:12  
Digərləri Bu şəxslər Şimali Makedoniyaya vizasız gedə biləcək

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasp

arrow Ətraflı
“Bu münaqişənin sona çatmasının yeganə yolu..." like
  • 21 İyn 12:00  
Dünya “Bu münaqişənin sona çatmasının yeganə yolu..."

Rusiya ilə Ukrayna arasındakı münaqişənin sona çatmasının yeganə yolu

arrow Ətraflı
Türkiyəda ardarda zəlzələ baş verdi like
  • 21 İyn 11:49  
Digərləri Türkiyəda ardarda zəlzələ baş verdi

Türkiyənin Samsun və Bodrum bölgəsində, arada kiçik fasilə ilə 3.5 güc

arrow Ətraflı
SEPAHın daha bir komandiri yatdığı yerdə öldürüldü like
  • 21 İyn 11:48  
Dünya SEPAHın daha bir komandiri yatdığı yerdə öldürüldü

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələsti

arrow Ətraflı
Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun uğur hekayəsi  VİDEO like
  • 21 İyn 11:40  
Digərləri Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun uğur hekayəsi VİDEO

Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun anası ilə müs

arrow Ətraflı