“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


Digərləri 19 İyn 2025 15:40:00 85 0

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib

"Bakcell" "PwC illik CEO sorğusu"nda iştirak edib 

"Bakcell"in baş icraçı direktoru Klaus Müller hər il dünyanın müxtəlif ölkələrindən biznes liderlərinin iqtisadi, texnoloji və strateji məsələlərlə bağlı mövqelərini əks etdirən "PwC illik CEO sorğusu"nda iştirak edib. 

"PwC Azərbaycan" nümayəndələri ilə müsahibə zamanı Klaus Müller ölkədə sürətlənən rəqəmsal və texnoloji inkişafın tendensiyaları ilə bağlı fikirlərini bölüşüb. O, innovasiyanın telekommunikasiya və texnologiya sənayesini dəyişdirən gücünü, süni intellektin genişlənən tətbiq sahələrini və qlobal trendlərin yaratdığı yeni imkanları vurğulayıb. Klaus Müller davamlı yenilənən texnoloji mühitə çevik adaptasiyanın və gələcəyə yönəlmiş milli ekosistemin formalaşmasında sahələrarası əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. 

"İnnovasiya və süni intellekt "Bakcell"in inkişaf strategiyasının əsasını təşkil edir. Bu istiqamətdə görülən ardıcıl və strateji işlər vasitəsilə biz məhsul və xidmətlərimizdə tətbiq etdiyimiz yeniliklərlə yanaşı, Azərbaycanın rəqəmsal gələcəyinin qurulmasına töhfə verməyi hədəfləyirik." - deyə Müller bildirib.

"PwC Qlobal" tərəfindən keçirilən sorğu ölkələr üzrə aparıcı şirkət rəhbərlərinin iqtisadi vəziyyət, dayanıqlılıq, texnoloji inkişaf və gələcək perspektivlərə dair mövqelərini əhatə edir. 2024-cü ildə 109 ölkədən 4701 şirkət rəhbərlərinin iştirak etdiyi sorğunun nəticələri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təqdim olunub. 2025-ci ilin sorğusunda xüsusilə, rəqəmsal transformasiya, süni intellektin təsiri və dayanıqlı inkişaf məsələləri ön plana çıxarılıb.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

"Əzizlərinizin başına gəlsin”  Tolik xəstəxanaya düşüb? like
  • 19 İyn 15:36  
Şou-biznes "Əzizlərinizin başına gəlsin” Tolik xəstəxanaya düşüb?

Aparıcı-pordüser Tarix Əliyev xəstəxanalıq olması ilə bağlı xəbərl�

arrow Ətraflı
Prezident Türkiyəyə işgüzar səfərə gedib like
  • 19 İyn 15:34  
Siyasət Prezident Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəy�

arrow Ətraflı
İranı vuran dronlarla bağlı həqiqət üzə çıxdı  Elektron sübutlar var like
  • 19 İyn 15:24  
Siyasət İranı vuran dronlarla bağlı həqiqət üzə çıxdı Elektron sübutlar var

İranın bəzi dairələri yenə köhnə adət-ənənəni pozmurlar: daxildə ba

arrow Ətraflı
"Zapravka"lar maşınların ömrünü necə "yeyir"?  "Biraz da vurum, 70 manat olsun..." like
  • 19 İyn 15:12  
Digərləri "Zapravka"lar maşınların ömrünü necə "yeyir"? "Biraz da vurum, 70 manat olsun..."

Azərbaycanda yanacaq doldurma məntəqələrində yayılmış bir vərdiş var

arrow Ətraflı
Çəkisi 23 kiloqrama düşən məşhurdan like
  • 19 İyn 15:00  
Şou-biznes Çəkisi 23 kiloqrama düşən məşhurdan

Çəkisi 23 kiloqrama qədər düşən türkiyəli sosial media fenomeni Nihal

arrow Ətraflı
Azərbaycanlı kişilər 4 arvad ala biləcək  Şərtlər like
  • 19 İyn 14:36  
Digərləri Azərbaycanlı kişilər 4 arvad ala biləcək Şərtlər

Bundan sonra azərbaycanlı kişilər 4 qadınla evlənə biləcəklər. Amma bu

arrow Ətraflı
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana hökm oxundu like
  • 19 İyn 14:24  
Kriminal Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana hökm oxundu

Külli miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlini

arrow Ətraflı
Atılan raketlərin üzərində onların şəkilləri olub   İran İsrailə belə mesaj göndərdi like
  • 19 İyn 14:12  
Dünya Atılan raketlərin üzərində onların şəkilləri olub İran İsrailə belə mesaj göndərdi

İran-İsrail müharibəsi 7-ci gününə daxil olarkən gərginlik daha da şid

arrow Ətraflı
Manukyan: "Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin" like
  • 19 İyn 13:53  
Kriminal Manukyan: "Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin"

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

arrow Ətraflı
85 yaşlı Xalq artisti evində belə GÖRÜNTÜLƏNDİ like
  • 19 İyn 13:36  
Şou-biznes 85 yaşlı Xalq artisti evində belə GÖRÜNTÜLƏNDİ

Xalq artisti Ofeliya Sənani evində görüntülənib.

arrow Ətraflı
TelƏviv bu gün...   VİDEO  FOTO like
  • 19 İyn 13:24  
Dünya TelƏviv bu gün... VİDEO FOTO

İsrailin Kanal 9 telekanalı Tel-Əvivin mərkəzindən foto görüntü paylaş

arrow Ətraflı
Ərdoğan “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım etdi like
  • 19 İyn 13:12  
Digərləri Ərdoğan “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım etdi

Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan m

arrow Ətraflı
"Zelenski ilə görüşə hazıram" like
  • 19 İyn 13:00  
Dünya "Zelenski ilə görüşə hazıram"

Biz Ukrayna ilə danışıqları davam etdirməyə hazırıq.

arrow Ətraflı