Azərbaycanda bu çimərliklər çirklidir Siyahı
Digərləri 19 İyn 2025 12:00:00 72 0
Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.
Bu xəbəri də oxu: Binanın damında hovuz tikdi Bakıda qeyriadi hadisə
Son.az xəbər verir ki, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib.
Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.
May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.
Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.
Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur. Monitorinq nəticələri əsasında "Su Məcəlləsi"nin 42-ci maddəsinə uyğun olaraq, Dövlət Su Ehtiyatları Agentliyinə çimərliklərdən istifadənin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlərin görülməsi üçün rəsmi müraciət hazırlanır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə monitorinqlər davam etdirilir.
Yay ayları mövsümi meyvə və tərəvəzlərin bol olduğu dövr olduğu üç

Bu ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar birbaşa

Bakının Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmər

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Dünyanın hərbi balansında "var, amma istifadə olunmur" prinsipi i

İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hüc

Azərbaycanın prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.

Dünən saat 16 radələrində paytaxtın Nəsimi rayonunda - Azadlıq prospekti

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliy

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da BP şirkət

İsrailin İranın nüvə və hərbi obyektlərinə endirdiyi hava zərbələrin

"İran və İsrail arasındakı münaqişədən mümkün çıxış yolu iki
