Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək
Digərləri 16 İyn 2025 15:45:00 81 0
"Pirelli" şirkətinin yeni layihəsi, ağıllı təkərlərin yol örtüyünün vəziyyətini real vaxtda izləməsinə və yol təmir işlərinə istiqamət verməsinə imkan yaradacaq.
Bu xəbəri də oxu: Pensiya ilə bağlı
Son.az xəbər verir ki, ağıllı təkər texnologiyası yalnız nəqliyyat vasitələrinin təhlükəsizliyi və performansı baxımından deyil, eyni zamanda yol infrastrukturunun davamlılığına dəstək verməyə hazırlaşır.
Xüsusilə İtaliyanın Apuliya bölgəsində başladılan pilot proqram çərçivəsində "Pirelli" şirkətinin "Cyber Tyre" adını verdiyi ağıllı təkərlərin tətbiqi ilə bölgədəki yol şəbəkəsinin "sağlamlıq xəritəsi" hazırlanacaq. Bu layihə təkərlərdən toplanan məlumatları avtomobillərə quraşdırılmış kameralar vasitəsilə əldə edilən vizual görüntülərlə birləşdirərək, yol vəziyyəti barədə əhatəli analiz təqdim edəcək.
"Pirelli"nin "Cyber Tyre" sistemi təkərin içərisinə yerləşdirilmiş sensorlar vasitəsilə asfaltın kobudluğu və nizamsızlığı kimi amilləri təhlil edən alqoritmlərlə işləyir. Toplanan məlumatlar bulud sisteminə ötürülərək emal edilir və yerli idarəetmə orqanlarına rəqəmsal panel üzərindən yol vəziyyətini izləməyə imkan yaradır. Beləliklə, yol təmir qrupları problemləri daha tez və səmərəli şəkildə aşkar edərək müdaxilə edə biləcək, bu isə yolların ümumi keyfiyyətini və təhlükəsizliyini artıracaq. Ətraflı
Bu pilot proqram göstərir ki, ağıllı təkərlər yalnız fərdi avtomobillərin təhlükəsizliyinə deyil, bütövlükdə yol şəbəkəsinin idarə olunmasına da əsaslı şəkildə təsir edə bilər.
Gələcəkdə bu kimi texnologiyalar vasitəsilə yol vəziyyəti barədə daimi və dəqiq məlumat əldə etmək daha düzgün infrastruktur qərarlarının verilməsinə, təmir xərclərinin azaldılmasına və sürüş təcrübəsinin yaxşılaşdırılmasına kömək edəcək. Ağıllı təkərlər nəqliyyat vasitələrinin yol ilə qarşılıqlı əlaqəsini optimallaşdıraraq həm yol hərəkəti təhlükəsizliyinə, həm də yanacaq səmərəliliyinə töhfə verəcək.
Eyni zamanda avtonom idarəetmə texnologiyalarının inkişafı fonunda, nəqliyyat vasitələrinin yolun vəziyyətini analiz edərək uyğun sürüş tədbirləri görməsi üçün təkərlərdə bu cür sensorların olması həyati əhəmiyyət daşıyır./Qaynarinfo
Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərin

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəzi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeskian

2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə q

Son üç gün ərzində İranın İsrail ərazisinə endirdiyi raket hücumları

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Mill

Çinin texnologiya nəhəngi "Huawei" öz tarixində ilk dəfə olaraq

"1001 gece masalları" serialı üçün kamera qarşısına keçən ta

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxanini

ABŞ Prezidenti Donald Tramp Kanadada G7 sammiti çərçivəsində Ukrayna lider

Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümum

İran Silahlı Qüvvələrinin elitar birləşmələri olan İslam İnqilabı Ke

"Elgizlə izlə" verilişində gərgin anlar yaşanıb. Son.az xəb

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş
