İndi rəssamdır, gələcəkdə isə həkim olmaq istəyir
Digərləri 14 İyn 2025 11:45:00 91 0
Builki 9-cu sinif buraxılış imtahanında 298 bal toplayan Bakı şəhəri Elçin Şəmiyev adına 149 nömrəli məktəbin şagirdi Fidan Nəbili ölkə üzrə yüksək nəticə göstərən məktəblilərdən biridir.
Bu xəbəri də oxu: Birinci sinfə qəbul olanların sayı
Son.az bu barədə "Azərbaycan müəllimi" qəzetinə istinadən onu sizlərə tanıdır.
Çalışqanlığına və əzminə görə yaşıdları arasında seçilən Fidanın bu nailiyyəti təsadüfi deyil. O, dərslərinə məsuliyyətli yanaşması, imtahana məqsədyönlü hazırlaşması ilə bu nəticəni qazanıb.
Fidan bizimlə söhbətində 11-ci sinif buraxılış imtahanında ən yüksək nəticəni qazanmağın onun ən böyük arzusu olduğunu bildirib. O, artıq bu məqsəd üçün indidən planlı şəkildə hazırlaşdığını hər gün müəyyən bir rejim üzrə dərslərini təkrar etdiyini, əlavə vəsaitlərlə biliklərini dərinləşdirdiyini və zəif bildiyi mövzular üzərində daha çox işlədiyini qeyd edir. Onun bu qədər istəkli və əzmkar olması, qarşıya qoyduğu hədəflərə çatacağına olan inamı daha da gücləndirir.
Fidanın gələcəyə dair böyük arzuları var:
"Həkim olmaq istəyirəm. İnsanlara kömək etmək, xəstələri sağaltmaq və cəmiyyətə faydalı bir şəxs olmaq ən böyük arzumdur", - deyir.
Fidanın sevimli məşğuliyyəti rəsm çəkməkdir: "Boş vaxtlarımda müxtəlif rəsmlər çəkirəm. Rəsm çəkmək mənə həm sevinc, həm də rahatlıq bəxş edir. Müxtəlif rəsm müsabiqələrində iştirak edərək uğur qazanmışam".
Fidanın bugünkü uğurları və gələcək arzuları onun parlaq bir gələcəyə sahib olacağını göstərir.
Ötən il sevgilisini intim videolarla şantaj edən Sabirabad rayon sakini Mə

İyunun 21-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələri

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

İsrailin İran ərazisindəki strateji obyektlərə aviazərbələr endirməsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Pr

Bu gün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" təd

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin say�

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd

Astrologiya əsrlərdir insanların xarakterini və münasibətlərini anlamaqda

İran İsrailin mülki yaşayış məntəqələrinə raket atmağa cəsarət etm

"Sent Vinsent" kimi tanınan müğənni və bəstəkar Enn Erin Klark
