Tibb müəssisəsindən kənar abort edənlər həbs oluna bilər
Digərləri 13 İyn 2025 17:30:00 104 0
Qanunsuz abort etməyə görə cəzalar sərtləşdirilir.
Bu xəbəri də oxu: Ərdoğandan İsrailin İrana hücumuna reaksiya
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə islah işləri ilə cəzalandırılır. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə 1000 manatdan 1 500 manatadək miqdarda cərimə və ya 360 saatdan 400 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad ediləcək.
Mövcud qanunvericiliyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı başladılan hərbi əm�

"İsrailin İrana zərbələr endirəcəyi əslində gözlənilən idi. İs

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin qız�

Bu gün bir sıra sosial şəbəkələr və televerilişlər açıq-aydın boşa

Bir neçə gün öncə faciəvi şəkildə ölən ilə vida mərasimi keçiril

Almaniya kansleri Fridrix Merts ölkədəki yəhudi və İsrail müəssisələri

Xalq artisti Tariyel Qasımov qonaq olduğu "Elgizlə izlə" verilişi

İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi iki qırıcının müşa

Çirkli pulların yuyulmasında təqsirli bilinən türkiyəli sosial media feno

İyunun 14-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Türkiyə İsrailin İrana qarşı hücumlarını qınayır.

Sərgidə 300-ə yaxın yerli şirkətin məhsulları, yeni brendlər, istehsal

Hindistanın qərbində yerləşən Əhmədabad şəhəri yaxınlığında baş

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi mü
