Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ
Digərləri 10 İyn 2025 10:27:00 95 0
Bakı Ali Neft Məktəbinin (BANM) mühəndislik fakültəsinə yeni dekan müavini təyin edilib.
Bu xəbəri də oxu: NATO Rusiya ilə müharibəyə hazırlaşır?
Modern.az-ın məlumatına görə BANM-ın yeni dekan müavini Ramil Şükürov hərbi xidmətdən yeni qayıdıb. O bundan əvvəl də bir müddət universitetdə müəllim kimi fəaliyyət göstərib.
R. Şükürov 2013-cü ildə DİM qəbul imtahanından 652 bal toplayaraq BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında bakalavr təhsili almaq hüququ qazanıb.
2018-ci ildə Ali Məktəbimizi fərqlənmə diplomu ilə bitirib və həmin ildə DİM-in imtahanından 150 üzərindən 140 bal toplayaraq BANM-in Texniki sistemlərdə informatika və idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almaq imkanı qazanıb.
2 illik magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib.
Karyerasına magistr təhsili müddətində BANM-in Elektron tədris şöbəsində metodist vəzifəsində işə başlayıb. Bir müddət sonra İnformasiya Texnologiyaları kafedrasında müəllim olaraq fəaliyyətini uzun müddət davam etdirib.
Daha sonra baş müəllim vəzifəsinə təyin edilib.
2019-cu ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib. ICPC 2022/2023 - Azərbaycan regional yarışı; 1/4 final mərhələsi üzrə rəhbərlik etdiyi BHOS1 komandası qalib gələrək Gürcüstanda keçirilən yarımfinala vəsiqə qazanıb.
2022-ci ildə "TEKNOFEST " layihəsi çərçivəsində keçirilən "Həvəskar Peyk Modelləşdirilməsi" yarışında rəhbərlik etdiyi İstiqlal komandası 1-ci yerə layiq görülüb.
Ramil Şükürov BANM-ın doktoranturasında təhsilini davam etdirir, yaxın zamanlarda elmi müdafiəsinə hazırlaşır. N saylı hərbi hissəsində hərbi xidmətini uğurla başa vuraraq baş əsgər rütbəsi alıb.
Hərbi xidmətdən sonra isə BANM-nin Mühəndislik fakültəsinin dekanlığına dekan müavini təyin olunub.
Yakutiyada göyərtəsində 5 nəfərin olduğu An-2 tipli təyyarə ilə əlaq�

Fenomen komediya serialı "Alemin Kıralı" ilə tanınan və "Ob

"Tarixçi" Medinskiyə qulaq asanda düşünürsən ki, bu adam ya tar

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

"WhatsApp" mesenceri avtomatik yüklənən fotoşəkil və videoların

"Vergi Məcəlləsi"nə edilən dəyişikliklərə əsasən, gələn a

1993-cü ildə Qazaxıstan "Chevron" şirkəti ilə ilk hasilatın pay

Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek elektrik cərəyan�

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Tez-tez olmasa da, nasazlıq səbəbi ilə yollarda qalan avtomobillərə rast g

Avroviziya qalibimiz Nigar Camal bir müddət öncə qalmaqal yaşadığı müğ

Ali məktəblərə qəbul olanların 40 faizə yaxını ixtisasından narazıdı

"Aş gətirməyin harası ayıb imiş, bilmirəm. Kaş mənim keçmişimdə

İtaliyanın Bazilikata bölgəsində yerləşən orta əsr şəhəri Krako sils
