Kürü istehsalında rekord artım: Hamı dada biləcək?
Digərləri 06 İyn 2025 10:34:00 63 0
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə balığı kürüsü istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstəricinin həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5.1 dəfə və ya 425.9 kiloqram çoxdur.
Bu xəbəri də oxu: "Bu məni maraqlandırmır" QMİ sədri
Son.az "Kaspi" qəzetində dərc olunan yazını təqdim edir:
Belə ki, hesabat dövründə Azərbaycanda 103.1 kiloqram nərə balığının kürüsü istehsal edilib. Bəs qara kürü istehsalı sahəsindəki potensialımız necədir? Gələcəkdə də artımı davam etdirmək mümkün olacaqmı?
Süni balıqartırma müəssisələrindəki işin nəticəsi
Balıqçılar İttifaqının sədri Əfqan Əliyevin sözlərinə görə, artan statistik rəqəmlər təbii nərə balıqlarına aid deyil: "Söhbət Xəzərin təbii nərə balığı kürüsündən gedirsə, bu, müəmmalı rəqəmdir. Çünki təbii kürü artımı bir ildə beş dəfə artırsa, deməli, nərə balıqlarının artımı da buna uyğun olmalıdır. Bu rəqəm süni balıqartırma müəssisələrində qeydə alınıb".
Ə.Əliyevin fikrincə, təbii istehsal üçün potensialımız olsa da, ondan istifadə etmirik: "Nəinki kürü, ümumiyyətlə yerli balıqçılıq üçün ölkəmizin iqlim şəraiti mükəmməldir. Təəssüf ki, Azərbaycanda balıqçılıq təsərrüfatları xaricdən gələn balıqların qiyməti qarşısında rəqabətə tab gətirə bilmir. Azərbaycanda balıq istehsalının qarşısını alan amillərdən ən başlıcası xarici bazardır. İkincisi isə yerli balıq yemləri istehsalının baha başa gəlməsidir. Amma problemlər bununla da bitmir. Ölkədə mütəxəssis çatışmazlığı və təsərrüfatlarda su qıtlığı problemi də var".
"Balıqçılıq sahəsi yenidən qurulacaq"
Sədrin sözlərinə görə, bu ilin sonuna doğru həm balıq istehsalı, həm də kürü istehsalı artacaq: "Çünki hər iki sahə payızda aktivləşir. Hazırda biz 300 mindən artıq çəki balığı yetişdiririk. Bu balıqları payızda Xəzərə və ölkəmizin daxili su hövzələrinə buraxacağıq. İnanıram ki, bu da balıqçılığa öz töhfəsini verəcək. 2025-ci ildən sənaye balıqçılığı Kənd Təsərrüfatı Nazirliyinə verilib. Balıqçılıq sahəsi yenidən qurulacaq. Sahibkarlara dövlət dəstəyi göstərilsə, bu halda inkişaf mümkündür".
Hədəf illik 40 tonluq istehsaldır
Ermənistan siyasətində yenidən ağır bir gurultu səsləri eşidilir: baş

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

Azərbaycanın bir sıra rayonlarda daha bir neçə bələdiyyələrə məxsus m

Ermənilərin İrəvan Qazılığının bərpası ilə bağlı münasibəti bizi

"Ermənistanın hara yönəldiyi sualı artıq açıq şəkildə gündəmd�

Rusiyanın tanınmış aktyoru Konstantin Şelestun 50 yaşında vəfat edib.

Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.

Aktrisa Pelin Akilin qolunu gənə dişləyib, o isə paraziti özü çıxarmağ

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

Azərbaycan şou-biznesində və ictimai həyatında zaman-zaman tanınmış ş�

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın onunla bağlı s

Son otuz ildə İspaniyada baş verən ekoloji və coğrafi dəyişikliklər dov

Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib.
