Yay mövsümündə avtomobil boyasını necə qoruyaq?
Digərləri 06 İyn 2025 04:04:00 82 0
Yay fəsli avtomobil sahibləri üçün boya örtüyünün zədələnməsi baxımından riskli dövrdür.
Bu xəbəri də oxu: Həftədə neçə dəfə saç yumaq doğrudur?
Son.az xəbər verir ki, avtomobil boyasının Günəş, toz və yüksək istiliyin təsirindən qorunması üçün bir sıra sadə, amma effektiv qaydalar təqdim edib.
Mütəxəssislər bildirir ki, avtomobili birbaşa Günəş altında yumaq boya üzərində ləkələr və mikroçatlara səbəb ola bilər. Buna görə avtomobilin yuyulması sərin və kölgəli havada həyata keçirilməlidir.
Bundan başqa, avtomobilin üzərində yaranan həşərat qalıqları və digər çirklər dərhal su və mikrofiber parça ilə təmizlənməlidir. Quru bezlə silmək isə boya üçün zərərli sayılır.Təcrübəli sürücülər həmçinin avtomobilin boyasını mütəmadi yumağın vacibliyini vurğulayırlar. Toz və qum hissəcikləri görünməsə də, uzun müddətdə boya səthində cızılmalara səbəb olur. Bu səbəbdən avtomobilin 7-10 gündə bir yuyulması məsləhət görülür.
Eyni zamanda, boya qoruyucu vasitələrdən maye mum, sprey və mövsümi keramika örtüklərindən istifadə edilərək ultrabənövşəyi şüaların təsiri minimuma endirilə bilər. Avtomobilin günəşli havada park edilməsi boyanın solmasına gətirib çıxarır. Mütəxəssislər kölgəli yerlərdə dayanmağı və tent, örtük kimi qoruyucu vasitələrdən istifadəni tövsiyə edirlər.
Saçların yuyulma tezliyi saç tipindən və həyat tərzindən asılı olaraq

Saçlarınızı çox isti su ilə yumaq təkcə onların strukturuna deyil, dər

Ayaqyalın gəzmək duruş və onurğa sağlamlığına müsbət təsir göstər

Lent.az-ın müsahibi Əməkdar artist Vahid Əliyevdir.

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib.

Sabahdan etibarən ölkədə 4 günlük Qurban bayramı başlayır. Hər bir mü

Aliment ödənişləri bir çoxları üçün çətinlik yaradır, amma həbsdə

Közərmə lampalarını satanlar cərimələnəcək.

Sabahdan Qurban bayramı başlayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli siması Mikayıl Müşfiqin ana
