Hər şeyi sabaha saxlayanlar, bu xəbər sizlikdir – Psixoloq xəbərdarlıq edir
Digərləri 05 İyn 2025 12:50:00 93 0
"Bəzi insanlar hər şeyi yubatmağa meyilli olurlar. Bunun isə müxtəlif səbəbləri olur".
Bu xəbəri də oxu: Qərbi Azərbaycan Ensiklopediyasının yekun variantı təsdiqləndi
Son.az xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva hit.az-a açıqlamasında deyib.
O, həmin səbəblərdən danışıb:
"Sözsüz ki, bu, sırf tənbəllik sayılmır. Bunun nevroloji, psixoloji və emosional tərəfləri də var. Məsələn, bəzi insanlar bir işə başlamadan əvvəl mütləq dərəcədə onu mükəmməl etməyə meyilli olurlar.
Ona görə də 100 faiz istədikləri nəticəni əldə edəcəklərinə inananda işə başlayırlar. Əks təqdirdə, işə başlamaq istəmirlər. Daha dəqiq desək, istədikləri kimi edə bilməmək qorxusu onların bu işi yubatmasına gətirib çıxarır".
Ekspert qeyd edib ki, qorxu keçirən insanlarda bununla bağlı panika da yaranır:
"Əgər öhdələrinə götürdükləri işi çatdıra bilməsələr və ya bacarmadıqlarına görə alınmasa, nələr baş verə biləcəyini fikirləşərək panikaya düşürlər. Onların daxili dünyalarında yaşanan mübarizə və mücadilə onları həmin işi təxirə salmalarına gətirib çıxarır. Əslində, işə başlayanda belə narahatedici düşüncələrdən uzaq olsalar onu müvəffəqiyyətlə icra edə bilərlər".
Psixoloq bildirib ki, bəzi insanlar isə hansısa qarşıda duran işi etmək üçün hələ vaxt olduğunu düşünürlər:
"Bu səbəbdən də onu etməyi təxirə salırlar. Eyni zamanda, şəxsin özünə inamının və özgüvəninin az olması da başladığı işi yekunlaşdırmadan yarımçıq qoymasına gətirib çıxarır.
Bundan başqa, dopamin aclığı da insanı iş görməkdən uzaqlaşdırır. Sosial şəbəkələrin, telefonun və ya televiziyanın bizə verdiyi qısamüddətli dopamini daha çox ehtiyata yönəldirik. Yəni ordan qazandığımız qısamüddəti xoşbəxtliyi uzun zaman əldə edəcəyimiz xoşbəxtlikdən üstün tuturuq.
Konkret olaraq, hansısa işi etməyin çox zaman alacağını düşünürərək, qısamüddətli dopamin alacağımız fəaliyyətlərə yönəlirik. Bir növ qarşıda duran iş zəhmətli olduğu üçün rahatşılığa qaçırıq".
Nabat Mirzəyeva diqqətə çatdırıb ki, bu problemlərlə üzləşməmək üçün əsas hədəfləri müəyyənləşdirilmək lazımdır:
"Çünki hədəf qoyduqda ona doğru meyillənirik. Hədəfimiz olmayanda isə qarmaqarışıqlıq içərisində qalırıq. Ona görə də görəcəyimiz işlərdən uzaqlaşmağa başlayırıq.
Yaxşı olardı ki, gün ərzində edəcəyimiz işləri öncədən müəyyən edək və onlara zaman ayıraq. Çox zaman ayırmaq da lazım deyil. İlk olaraq qısamüddətli zamanlara başlamaq olar.
Hər gün həmin müddəti 10 dəqiqə artırmaq mümkündür. Hədəflənən vaxtda həmin işi etdikdə isə nələrsə alaraq özümüzü mükafatlandırmalıyıq. Bu yolla hansısa işə başlaya bilməmək problemindən xilas ola bilərik".
Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və mey

Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən b

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını t

Ukrayna xüsusi xidmət orqanları "Hörümçək toru" kod adı altın

Avropa üçün etibarlı enerji mənbəyi kimi Azərbaycan qazı yalnız o halda

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48

Ötən il Azərbaycanda 34 milyon manat nizamnamə kapitalı ilə təsis edilmi�

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov yenidən a�

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Cəlilabad rayonunun Sərhədabad kəndində noxud əkini ilə məşğul olan fe

Yapon avtomobil nəhəngi "Suzuki" "Swift" modelinin istehsa

Qurban bayramı münasibətilə "Avrora Qrup" və "İçərişəh�

Qurban bayramı tətilində şəhərlərarası avtobuslarda 3 min polis gizli s�

"Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan p

Rusiya ordusunun Ukraynanın şimalındakı Priluki şəhərinə etdiyi dron hü
