Azərbaycanda işıq və qaz 3 dəfə ucuzlaşa bilər


Digərləri 03 İyn 2025 15:06:00 100 0

Azərbaycanda işıq və qaz 3 dəfə ucuzlaşa bilər

Azərbaycanda sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir.

Son.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

"Ölkəmizdə 4 244 kənd var. Bu böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevriib. Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46 %-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min - 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də əhali sayı 5 000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır.

2023-cü ildə ölkə əhalisi 3,9 milyard kubmetr, Bakının əhalisi isə 1,4 milyard kubmetr qaz istehlak edil. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6,6 milyard kv/saat, Bakı əhalisi isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42 %-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23 %-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq", - o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: "Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik"./musavat.com

Qax sakinini ilan sancdı, ölümdən döndü like
  • 03 İyn 14:47  
Digərləri Qax sakinini ilan sancdı, ölümdən döndü

22 may 2025-ci il tarixində 20 yaşlı şəxs (kişi cinsli) ilan sancması sə

arrow Ətraflı
Fransanın Gorusda nə işi var? like
  • 03 İyn 14:38  
Digərləri Fransanın Gorusda nə işi var?

Gorus şəhərində Ermənistan və Fransa arasında əməkdaşlığa dair sayca

arrow Ətraflı
"Sənin mahnıların zibillikdir" like
  • 03 İyn 14:19  
Şou-biznes "Sənin mahnıların zibillikdir"

Meyxanaçı Orxan Lökbatanlı ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu

arrow Ətraflı
Rusiya Ukrayna ilə münaqişənin həlli üçün bunları təklif edir like
  • 03 İyn 14:00  
Digərləri Rusiya Ukrayna ilə münaqişənin həlli üçün bunları təklif edir

Rusiya Ukrayna ilə münaqişənin həllinə dair təkliflərində bölgədə se

arrow Ətraflı
Rusiya vətəndaşı Bakıda aeroportda qəfil öldü like
  • 03 İyn 13:53  
Digərləri Rusiya vətəndaşı Bakıda aeroportda qəfil öldü

Rusiya vətəndaşı Azərbaycanda qəfildən ölüb.

arrow Ətraflı
Anar Ələkbərov Yaponiyanın “Ekspo 2025” üzrə naziri ilə görüşüb  FOTO like
  • 03 İyn 13:47  
Siyasət Anar Ələkbərov Yaponiyanın “Ekspo 2025” üzrə naziri ilə görüşüb FOTO

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin &

arrow Ətraflı
İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu  FOTO like
  • 03 İyn 13:24  
Digərləri İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu FOTO

Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm o

arrow Ətraflı
Azərbaycanda qadınların pensiya yaşı dəyişir – FOTO like
  • 03 İyn 13:12  
Digərləri Azərbaycanda qadınların pensiya yaşı dəyişir – FOTO

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı yenidən qalxacaq.

arrow Ətraflı
Dəbdəbəli toy mərasimində dəhşətli anlar  Dünya hələ beləsini görməmişdi  VİDEO like
  • 03 İyn 13:03  
Dünya Dəbdəbəli toy mərasimində dəhşətli anlar Dünya hələ beləsini görməmişdi VİDEO

Keniyada keçirilən dəbdəbəli toy mərasimində inanılmaz hadisə yaşanıb

arrow Ətraflı
Prezident bu yolların təmirinə 1,5 milyon manat ayırdı like
  • 03 İyn 13:02  
Siyasət Prezident bu yolların təmirinə 1,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz r

arrow Ətraflı
İlham Əliyev Jomart Tokayevi təbrik edib like
  • 03 İyn 13:00  
Siyasət İlham Əliyev Jomart Tokayevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Jomart Tokayevi t

arrow Ətraflı
19 yaşlı model çəkiliş zamanı faciəli şəkildə can verdi  VİDEO  FOTO like
  • 03 İyn 12:52  
Dünya 19 yaşlı model çəkiliş zamanı faciəli şəkildə can verdi VİDEO FOTO

Monteneqroda reklam çəkilişi zamanı 19 yaşlı serbiyalı model Tiyana Radon

arrow Ətraflı
Qurbanlıq üçün hansı heyvanlar kəsilməlidir? – AÇIQLAMA like
  • 03 İyn 12:44  
Digərləri Qurbanlıq üçün hansı heyvanlar kəsilməlidir? – AÇIQLAMA

Qurban minimum xırdabuynuzlu heyvanlardan - qoç, qoyun, keçidən kəsilir.

arrow Ətraflı
Sabah Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq like
  • 03 İyn 12:39  
Digərləri Sabah Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Sabah Bakıda külək zəifləyəcək, rayonlarda güclənəcək.

arrow Ətraflı